CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Bu gün yel çərşənbəsidir

Bu gün yel çərşənbəsidir

Tarih 09 Mart 2010, 09:45 Editör Cavanşir M.

Yel çərşənbəsi günündə isə əsən isti küləklər yazın gəlişindən xəbər verir.

    Xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir.Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif,inanc, məsəl və s. yaranmışdır. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibariləqədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.
A Yel baba, Yel baba,
Tez gəl, baba, gəl, baba.
Sovur bizim xırmanı,
Atına ver samanı.
Dən dağılıb dağ olsun,
Yel babamız sağ olsun.
A Yel baba, Yel baba,
Qurban sənə, gəl baba.

İnanclar:

- Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğdagötürənin oğlu ölər.

- Yeli əsdirəni söyməzlər.

- Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel babasənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.

Bu haber 365 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Azerbaycan Respublukasından Xeberler

Bakıda İrana qarşı aksiya keçirilib

Bakıda İrana qarşı aksiya keçirilib Gənclər Təşkilatının fəalları İranın Bakıdakı səfirliyi qarşısında nümayiş keçirməy&#...

Azərbaycan və Rusiya enerji sammitinin keçirilməsi haqqında razılığa gəlib

Azərbaycan və Rusiya enerji sammitinin keçirilməsi haqqında razılığa gəlib Dmitri Medvedev Bakıda İlham Əliyevlə birgə mətbuat konfransında belə deyib

CANLI YAYIN

OPERA KİTABINDAN(11)01 Eylül 2010

GALERİ

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim