CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Arxeoloji qazıntılar zamanı Gəncə şəhərinin qədim yeri müəyyən edilib

Arxeoloji qazıntılar zamanı Gəncə şəhərinin qədim yeri müəyyən edilib

Tarih 06 Mart 2010, 09:30 Editör Cavanşir M.

Canaz TV - Gəncə: İndiki Gəncə yaxınlığındakı Samux rayonunun Seyidlər kəndi ərazisində eramızdan əvvəlki dövrə aid memarlıq elementləri mövcuddur. Bu tapıntıların ilkin görünüşü sözügedən kəndin ərazisində əvvəllər Gəncə şəhərinin olmasından xəbər verir. Ancaq bu günədək həmin ərazidə arxeoloji qazıntılar aparılmadığından daha vacib və əhəmiyyətli faktlara aydınlıq gətirilməyib.

    1970-ci ildə Seyidlər kəndinin sakinləri torpaq sahələrini suvarmaq üçün yaşadıqları ərazidə kanal çəkməyə başlayıb. İş aparılan zaman həmin ərazidə maraqlı elementlər aşkarlanıb. Tapılan bu daşlar çoxları üçün maraqsız olsa da kənd sakini Musa Qəmbərov onları saxlayır. Sonradan Musa Qəmbərov vəfat etsə də bu tarixi memarlıq elementləri onun ailəsi tərəfindən qorunub saxlanır. Mütəxəssislərin fikrincə, bu memarlıq elementləri kəndin qədim tarixini özündə əks etdirir. Həmçinin bu sütunların baza hissəsi İranın Mədain şəhərinin xarabalığında tapılan elementlərə də qismən bənzəyir.

    Samux rayonunun baş memarı Əsgər Həsənov: “Seyidlər kəndində tapılan bu sütunların üstü naxışsızdır. Ancaq Mədain şəhərindəki sütunların bazasının üstü naxışlıdır. Bu isə onu deməyə əsas verir ki, burada aşkarlanan elementlər Mədain şəhərinin xarabalığında mövcud olan sütunların bazasından daha qədimdir”.

     Seyidlər kəndinin qədimliyinə aid daha bir fakt Bakı-Tbilisi-Ceyhan neft kəməri çəkilərkən aşkarlanıb. Həmin vaxt kəmərin kəndin ərazisindən keçən hissəsində qədim qəbiristanlıq üzə çıxıb. Memarlar bu qəbiristanlığın təxminən 2700 il əvvələ aid olduğunu söyləyir. Bundan əlavə ehtimal var ki, Seyidlər kəndi əvvəllər Gəncə şəhərinin ərazisi olub.

     Samux rayonunun baş memarı Əsgər Həsənov: “Biz bilirik ki, Gəncə şəhəri 3 müxtəlif ərazidə olubdur. Ola bilər ki, Gəncə şəhərinin qədim yeri Seyidlər kəndi ərazisində olsun. Ancaq bu mülahizədir. Tədqiqat aparılmadığından dəqiq söz demək olmur”.

     Seyidlər kəndinin qədimliyi tək aşkarlanan memarlıq elementləri ilə özünü biruzə vermir. İllər əvvəl kənddə basdırılan ağacların üzərində vurulmuş xüsusi löhvələr də kəndin qocaman tarixindən xəbər verir. 

     Bundan başqa kənd sakinləri o dövrdə daşdan yonulmuş xüsusi ləvazimatları da tarixi element kimi özlərində saxlayırlar. Hansı ki, bu elementlər də özündə tarixi əks etdirir. Bu və ya digər faktlara əsaslanaraq kəndin ərazisində arxeoloji qazıntıların aparılması vacib sayılır.

Bu haber 593 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Azerbaycan Respublukasından Xeberler

Bakıda İrana qarşı aksiya keçirilib

Bakıda İrana qarşı aksiya keçirilib Gənclər Təşkilatının fəalları İranın Bakıdakı səfirliyi qarşısında nümayiş keçirməy&#...

Azərbaycan və Rusiya enerji sammitinin keçirilməsi haqqında razılığa gəlib

Azərbaycan və Rusiya enerji sammitinin keçirilməsi haqqında razılığa gəlib Dmitri Medvedev Bakıda İlham Əliyevlə birgə mətbuat konfransında belə deyib

CANLI YAYIN

OPERA KİTABINDAN(11)01 Eylül 2010

GALERİ

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim