Bu sözləri Gün.Az-a Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi İran hakimiyyətinin Azərbaycana olan münasibətini şərh edərkən bildirib.
“Bu gün İran sistemli şəkildə Azərbaycanın əleyhinə təbliğat aparır. Xüsusilə, İran Azərbaycanda öz sosial bazasını yaratmaq üçün, radikalçılığı yaymaqla məşğuldur. Bu məsələdə İran mediası anti-azərbaycan təbliğatının əsas ruporunu oynayır.
Əsas da Azərbaycanın bütün sahələrdə inkişafdan geri qalması və Azərbaycan dövlətçiliyinin süqutu üçün bütün vasitələrdən istifadə edir. Özü də İran bu addımlarını bütün beynəlxalq hüquq normalarını kobudcasına pozaraq atır”, - deyə A.Dəmirçi qeyd edib.
Ayhan Dəmirçi onu da əlavə edib ki, İran Ermənistan münasibətlərinin inkişafında da anti-azərbaycan siyasəti durur.
“İran məhz buna görə Dağlıq Qarabağ məsələsinin həll edilməməsi üçün, Ermənistanı ayaqüstə saxlayır və Azərbaycana zəiflətməyə çalışır”,-deyə Ayhan Dəmirçi bildirib.
Elnur Eltürk
Gün.Az