 |
|
|
|
|
|
|
Anasayfa » Dünyadan Xeberler
Suriyada bir gündə azı 100 nəfər öldürülüb
22 Şubat 2012, 09:28 Günay Eltürk
Hökumət qoşunları Homs şəhərini yenidən bombardman edib
Ötən gün Suriyada Homs şəhərinin atəşə tutulması və hökumət qoşunları tərəfindən İdlib əyalətinin yaşayış məntəqələrində həyata keçirilən reydlər zamanı azı 100 nəfər ölüb. ANS PRESS-in “Frans Press”ə istinadən verdiyi məlumata görə, bunu Suriyanın müxalifət nümayəndələri bəyan ediblər. Ötən günün qurbanları arasında 10 uşaq, 3 qadın, eləcə də, müxalifət təşkilatlarının fəalları var.
Suriyanın hökumət qoşunları fevralın əvvəllərindən Homs şəhərini mühasirədə saxlayırlar. Şəhər hər gün artilleriya atəşinə məruz qalır. Nəticələ indiyədək yüzlərlə adam ölüb.
Ümumiyyətlə, kütləvi iğtişaşların başladığı ötən ilin mart ayından Suriyada 6000-dən artıq adam ölüb. Bu məlumatı BMT açıqlayıb. Müxalifət prezident Bəşər Əsədin istefasını və Konstitusiya islahatlarının aparılması tələb edir. Bəşər Əsəd isə prezidetn kürsüsünü tərk etməkdən imtina edir
Bu haber 241 defa okunmuştur.
 |
Dünyadan Xeberler |
 |
|
|
|
|
 |
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012 |
|
|
|
Can Azerbaycan Televizyonu
RSS Kaynağı |
Yazar Girişi | Yazarlık
Başvurusu
Tasarım ve Hosting: Frekans Bilişim
|