CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Serj Sarkisyan və Nikola Sarkoziyə məktub yazan azərbaycanlı qız ortaya çıxdı

Serj Sarkisyan və Nikola Sarkoziyə məktub yazan azərbaycanlı qız ortaya çıxdı

Tarih 22 Şubat 2012, 09:25 Editör Günay Eltürk

Zərifə Quliyeva: Ermənistan yalan danışır, mən burdayam

20 yaşlı Zərifə Quliyeva. Dünya onu Fransanın dövlət başçısı Nikola Sarkozi və Ermənistan prezidenti Serj Sarkisyana göndərdiyi məktublar sayəsində tanıdı. Xocalılı qızın məktubunda söhbət 20 il əvvəl Xocalı törədilən qanlı cinayətdən gedirdi. Hələ anasının bətnindəykən soyqırımını yaşayan Zərifə atası da daxil olmaqla 22 qohumunu itirib.

Soyqırımının 20-ci ildönümündə 20 yaşlı qızın Nikola Sarkozi və Serj Sarkisyana yazdığı məktublara ilk reaksiya İrəvandan gəldi. Erməni tərəfi məktubun mövcudluğunu etiraf etsə də, Zərifə Quliyeva adlı adamın olmadığını iddia edir.

Amma Türkiyənin “Hürriyet” qəzeti Zərifə Quliyevanı tapıb. Hazırda anası ilə İstanbulda olan Zərifə qaldığı oteldə qəzetə müsahibə verib. Türkiyəyə anası Rahilə Quliyeva ilə birlikdə gedən xocalılı qız bu gün mətbuat konfransı keçirəcək və Xocalı soyqırımı barədə məlumat verəcək.

Zərifə Quliyeva Bakıda ali məktəbin ikinci kursunda oxuyur. Riyaziyyat ixtisası üzrə təhsil alır və ali təhsilini başa vurdundan sonra Türkiyədə işləmək istəyir: “Buranı çox sevirəm”.

Zərifə rəsmi İrəvanın yalanlarını da ifşa edib: “Ermənistan yalan danışır, mən burdayam. Məktubda yazılanlar mənim fikirlərimdir, özüm qələmə almışam. Anlatmalıydım. Bundan sonra susa bilməzdim”. Zərifə Quliyeva jurnalistin “Nə istəyirsən?” sualına belə cavab verib: “Kədərimə hörmət göstərilməsini, acımın qəbul edilməsini istəyirəm. Bir də torpaqlarımın geri qaytarılmasını…”.

Zərifənin anası Rahilə Quliyeva da Xocalı soyqırımından danışıb: “Qızım hələ dünyaya cəlməmişdi. İki yaşlı oğlu və həyat yoldaşım yanımda idi. Evdə oturmuşduq”. Onun sözlərinə görə, saat 21.30-da hücum başlayıb: “Mən dörd güllə yarası ilə qurtuldum. Oğlum və ərim öldü. Altı aycan sonra Zərifə doğuldu. Nə qardaşının, nə də atasının üzünü görüb

Bu haber 390 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Qarabağ'la bağlı Xeberler

Əli Həsənov: Ermənilər Şuşa və Laçını Pavel Qraçovun dəstəyi ilə işğal ediblər

Əli Həsənov: Ermənilər Şuşa və Laçını Pavel Qraçovun dəstəyi ilə işğal ediblər Baş nazirin müavini Vladimir Putinin bu məsələdə obyektivlik göstərəcəyinə ...

Laçında itirdiklərimiz.

Laçında itirdiklərimiz. Laçın rayonu üzrə 33285 hektar meşə fondu torpaqları vardır ki, bunun da meşə ilə örtülü sah...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim