CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Sanksiyalar İran xalqını yox, rejimi hədəf alır

Sanksiyalar İran xalqını yox, rejimi hədəf alır

Tarih 22 Şubat 2012, 08:51 Editör Anar Memmedli

Birləşmiş Ştatlar və dünya boyu başqa ölkələr BMT Təhlükəsizlik Şurasının İrana beynəlxalq nüvə öhdəliklərini yerinə yetirmədiyinə görə tətbiq etdiyi sanksiyaları gücləndirmək üçün birtərəfli qaydada həmin ölkəyə əlavə sanksiyalar tətbiq ediblər.

Ən son ölçülər İranın nüvə proqramını maliyyələşdirən neft gəlirlərini və İran Milli Bankını hədəf alıb.  Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunun noyabrda açıqladığı hesabatda İranın nüvə proqramının hərbi aspektlərinin mövcudluğuna dair inandırcı dəlillərin olduğu vurğulanır.  Bu sanksiyalar Obama administrasiyasının İranla bağlı ikicığırlı siyasətinə uyğundur.  Həmin siyasət İran liderlərini İslam Respublikasının nüvə proqramı ilə bağlı Qərblə təmasları genişləndirməyə sövq edir və İranın nüvə proqramının yalnız dinc mahiyyət daşıdığını sübut etdirmək məqsədi daşıyır.  Beynəlxalq ictimaiyyətin nüvə proqramı ilə bağlı narahatlığını cavablandırmağın alternativi isə İrana artan təzyiqlər və bu ölkənin təcridi olacaq.

Son həftələrdə sanksiyaların İran iqtisadiyyatına təsirləri daha aydın görünməyə başlayıb: İranın pul vahidi dəyərini itirir və artan inflyasiya ilə üzləşir.  İran rəsmiləri, o cümlədən prezident Mahmud Əhmədinejad sanksiyaların İran iqtisadiyyatına təsirindən gileyləniblər.

Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland deyib ki, sanksiyalar İran xalqını deyil, İran rəsmilərini hədəf alır.

“Biz bütün media platformalarından istifadə edərək aydın etməyə çalışırıq ki, bu, onlara qarşı yönəlməyib.  Bizim siyasətimiz ərzaq mallarının, dərmanların və tibbi ləvazimatların ticarətinə icazə verir.  Amma sözün açığı, hökumətin etdiyi pis seçimlər İranla ticarət üçün beynəlxalq mühiti korlayır.”

Bu pis seçimlərin sırasında xanım Nuland hökumətin “qeyri-şəffaflığını” və rejimin “nüvə proqramı inkişaf etdirmədiyini deməsi amma bunu dünyaya sübut etməməsini” sadalayıb.  “Bizim İran xalqı ilə mübahisəmiz yoxdur,” deyə o, bildirib.  "Əslində bizim yardımçı olmaq istədiyimiz hədəf İran xalqının gələcəyi, onların ümidləri və daha azad cəmiyyətdə və demokratik dövlətdə yaşamağa can atmasıdır ki, rejim bunun əvəzində ölkənin həyati resurslarını nüvə proqramına sərf edir."

“İranın təcridi yalnız onda sona çatacaq ki, İran hökuməti özünün nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyətlə səmimi olacaq və atom bombası istehsal etmək məramında olmadığını sübut edəcək,” deyə Dövlət Departamentinin sözçüsü Nuland bildirib.


"Biz bütün media platformalarından istifadə edərək aydın etməyə çalışırıq ki, bu, onlara qarşı yönəlməyib. Bizim siyasətimiz ərzaq mallarının, dərmanların və tibbi ləvazimatların ticarətinə icazə verir. Amma sözün açığı, hökumətin etdiyi pis seçimlər İranla ticarət üçün beynəlxalq mühiti korlayır" - Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland

http://www.voanews.com/azerbaijani/news/Sanksiyalar-ran-xalqn-yox-rejimi-hdf-alr-139836043.html

Bu haber 229 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

İran Xeberleri

Daha bir İranlı ayətullah Azərbaycanı hədəfə aldı

Daha bir İranlı ayətullah Azərbaycanı hədəfə aldı Hazırda Qum şəhərində yaşayan 83 yaşlı ayətullah Cəfər Sübhani Azərbaycan Cümhur...

İran mediasından Azərbaycana qarşı növbəti hədə.. (tehdit)

İran mediasından Azərbaycana qarşı növbəti hədə.. (tehdit) İran İnqilab Keşikçiləri Korpusunun ("Sepah") keçmiş komandanı (fərmandeh), Sistemin Məsləh<...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim