CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Saxlanılan şəxslər İran telekanalının əməkdaşları kimi qeydiyyatdan keçməyib

Saxlanılan şəxslər İran telekanalının əməkdaşları kimi qeydiyyatdan keçməyib

Tarih 21 Şubat 2012, 08:47 Editör Günay Eltürk

Əli Həsənov: Xarici İşlər Nazirliyində İran televiziyalarının Azərbaycanda akkreditasiya olunmuş jurnalistləri haqda məlumatlar var

İranın Bakıdakı səfirliyi Azərbaycanda narkotik vasitə ilə saxlanılan İran jurnalistinin həbsinə qarşı çıxıb. Səfirliyin mətbuat katibi onun saxlanılmasının iki ölkə münasibətlərinə ziyan vura biləcəyini qeyd edib. Azərbaycanın Prezident Administarsiyası isə saxlanılan şəxsin jurnalist fəaliyyəti üçün qeydiyyatdan keçmədiyini deyib.

İranın Azərbaycandakı səfirliyi fevralın 17-də “Səhər” telekanalının Azərbaycandakı müxbirinin narkotik maddələrlə tutulmasını həqiqətə uyğun saymır və səfirlik bu ölkə televiziyasının nümayəndəliyinin əməkdaşlarının qanunazidd əməllərə yol vermələri barədə ittihamları qəbul etmir. Səfirliyin mətbuat xidmətindən ANS-ə bildiriblər ki, saxlanılan şəxslər vicdanlı və dindar adamlardır. Səfirlik İran televiziyasının əməkdaşlarının saxlanmasını ikitərəfli münasibətlərə zərbə vurulmasına yönələ biləcəyini deyir.

Məsələyə münasibət bildirən Prezident Administrasiyanın İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov qeyd edib ki, saxlanılan şəxslər jurnalist fəaliyyəti üçün akkreditasiyadan keçməyib. Onun sözlərinə görə, həbs olunanların kimliyi ilə bağlı DİN açıqlama verib: “O ki qaldı bunu İran televiziyası ilə bağlı əlaqələndirilməsinə, İran televiziyalarının Azərbaycanda akkreditasiya olunmuş jurnalistləri var və onlar viza alıblar. Xarici İşlər Nazirliyində həmin jurnalistlər haqqında məlumatlar var. Həmin şəxslərin isə İran televiziyasında işləyirmişlərsə belə, qeyri-qanuni akkreditasiyasız işləyirmişlər”.

Xatırladaq ki, fevralın 17-də “Səhər-2” telekanalının Azərbaycandakı müxbiri Anar Bayramlının üzərindən heroin aşkarlanıb və o saxlanılıb. Binəqədi Polis Bölməsindən verilən məlumata görə, Anar Bayramlı polisə müqavimət göstərib. Hazırda onun işi istintaqa göndərilib. Faktla bağlı araşdırma aparılır və Anar Bayramlının narkotik vasitəni kimdən və necə aldığı müəyyənləşdirilir.
Bundan başqa, Sumqayıtda İran televiziyasının Azərbaycandakı nümayəndəliyinin sürücüsü Ramil Dadaşov da saxlanılıb

Bu haber 165 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Azerbaycan Respublukasından Xeberler

<...Əslində İranın səfirini qovmaq lazımdır>

<...Əslində İranın səfirini qovmaq lazımdır> İranın Azərbaycandakı səfirliyi səfir Məhəmmədbağır Bəhraminin Tehrana çağırılma...

Bu gün <Eurovision-2012>nin birinci yarım finalıdır

Bu gün <Eurovision-2012>nin birinci yarım finalıdır Şouda iştirak edən 18 ölkə təmsilçisindən 10-u finala vəsiqə qazanacaq

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim