CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Rafiq Tağının ailəsi prezidentə müraciət edib

Rafiq Tağının ailəsi prezidentə müraciət edib

Tarih 21 Şubat 2012, 08:14 Editör Anar Memmedli

Ailə bildirir ki, istintaqın qeyri-obyektiv aparılması hüquqlarının pozulmasına, qətlin təşkilatçılarının və qatilin tapılmamasına münbit şərait yaradır.

2011-ci ilin noyabrında qətlə yetirilmiş yazıçı-publisist Rafiq Tağının ailəsi prezident İlham Əliyevə müraciət edib.
Yazıçının qardaşı İlqar Tağıyev APA Agentliyinə bildirib ki, müraciətdə istintaqın qeyri-obyektiv aparıldığı qeyd olunub: “Biz Rafiq Tağının ailəsi olaraq qatilin indiyə kimi tapılmamağından narahatıq. İstintaq orqanı işi obyektiv araşdırmır, bizim verdiyimiz vəsatətlərin heç biri qəbul olunmur. Sizdən xahiş edirik ki, cinayət işinin ətraflı araşdırılması üçün göstəriş verəsiniz”.
Mərhum yazar Rafiq Tağının həyat yoldaşı Mailə Tağıyeva da “Media Forum” saytına bildirib ki, yazıçının qatilinin indiyədək tapılmamasından narahatdır. “Xüsusilə, istintaqın qeyri-obyektiv aparılması, bizim hüquqlarımızın pozulmasına, qətlin təşkilatçılarının və qatilin tapılmamasına münbit şərait yaradır. İstintaq orqanı istintaq aparmaqla yox, bizim hüquqlarımızı kobud şəkildə pozmaqla məşğuldur. Vəsatətlərimizin heç biri qəbul edilmir. İstintaq qeyri-obyektiv aparıldığına görə heç bir nəticə vermir”.
Yazıçının həyat yoldaşı hesab edir ki, Rafiq Tağının bıçaqlanması və xəstəxanada öldürülməsi arasında sıx əlaqə var və bu, vahid niyyəti – Rafiq Tağının öldürülməsini əhatə edib. “Xahiş edirik ki, cinayət işinin istintaqını nəzarətdə saxlayasınız və bizim hüquqlarımızın pozulmasının qarşısının alınmasına, qatilin və onun sifarişçilərinin tezliklə qəti şəkildə müəyyən edilməsinə göstəriş verəsiniz”, - deyə xanım Tağıyeva  prezident Əliyevə müraciətində vurğulayır.
Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda, yaşadığı evin yaxınlığında bıçaqlanıb. Noyabrın 23-də o, müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə vəfat edib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır.
İstintaq Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə aparılır.
Öz növbəsində, istintaq orqanı intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyini bəyan edir.
Bu il fevralın 2-də Daxili İşlər Naziri və Baş prokurorun iştirakı ilə istintaq qrupunun əməliyyat müşavirəsi keçirilib. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında deyilir ki, istintaq qrupunun qarşısında qoyulmuş vəzifələrin və tapşırıqların icrası tam təmin edilərək cinayət işi üzrə çoxsaylı müayinə, baxış, götürmə, eksperiment istintaq-əməliyyat tədbirləri aparılıb, zərərçəkmiş və şahid qismində 130-dan artıq şəxs dindirilib, habelə 10-a yaxın kompleks ekspertiza təyin olunaraq rəylər əldə edilib.
Fakt üzrə Rafiq Tağıyevin həyat yoldaşı Nailə Tağıyeva onun hüquqi varisi qismində tanınaraq 2011-ci il dekabrın 16-da ifadəsi alınıb, eləcə də fərdi qaydada fəaliyyət göstərən nümayəndəsi vəkil Elçin Sadıqovun istintaq qarşısında qaldırdığı vəsatətlərə baxılıb, müvafiq prosessual qərarlar qəbul edilib.
İstintaqın hazırkı mərhələsində Rafiq Tağını Kliniki Tibbi Mərkəzə gətirən Təcili Yardım Stansiyası həkimlərinin, müalicəsi ilə məşğul olmuş tibb işçilərinin məsuliyyətsizliyini təsdiqləyən faktlar aşkar edilməyib. Məhkəmə-Tibbi Ekspertizasının nəticələri göstərir ki, ölümün səbəbi zərərçəkmişin bədəninə bıçaqla yetirilən xəsarətlər olub. Rafiq Tağıyevin cərrahiyyə əməliyyatı və aldığı müalicənin tibbi metodikaya uyğunluğuna dair suallar üzrə Məhkəmə-Tibbi Ekspertizanın tədqiqatları davam etdirilir.
Bununla bərabər, hadisədən əvvəlki və hadisə günlərində mərhumun hərəkət marşrutlarının tərtib olunmuş sxemi üzrə 43 videonəzarət kamerasının qeydə aldığı görüntülərin təhlili də aparılıb.
Rafiq Tağının ailəsi və ailənin vəkili Elçin Sadıqov bu bəyanatı
kəskin tənqid edib. İstintaqın hərəkətsizliyindən Apellyasiya şikayəti verilib. Şikayət təmin edilməyib.

http://www.voanews.com/azerbaijani/news/Rafiq-Tann-ailsi-prezident-muracit-edib--139696253.html

Bu haber 183 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Azerbaycan Respublukasından Xeberler

<...Əslində İranın səfirini qovmaq lazımdır>

<...Əslində İranın səfirini qovmaq lazımdır> İranın Azərbaycandakı səfirliyi səfir Məhəmmədbağır Bəhraminin Tehrana çağırılma...

Bu gün <Eurovision-2012>nin birinci yarım finalıdır

Bu gün <Eurovision-2012>nin birinci yarım finalıdır Şouda iştirak edən 18 ölkə təmsilçisindən 10-u finala vəsiqə qazanacaq

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim