![]() | ||||||||||
| ||||||||||
| ||||||||||
HABER ARAEN ÇOK OKUNANLARSON YORUMLANANLAR
|
Amnesty <vicdan məhbusları>nın azadlığa buraxılmasını tələb edir
Amnesty İnternational təşkilatı Azərbaycanda insan haqlarının vəziyyətilə bağlı hesabat dərc etdirib. Beynəlxalq insan haqları təşkilatı Azərbaycan hakimiyyətini "vicdan məhbusları"nı azad etməyə çağırıb. "2012-ci il Eurovision müsabiqəsinə ev sahibliyi edəcək Azərbaycan bütün səslərin eşidilməsinə icazə verməlidir" adlı hesabatda ötən il "yüzlərlə nümayişçini Bakı küçələrində polisin susudrmasından sonra" Azərbaycanın Eurovision mahnı müsabiqəsində qalib gəldiyi və bu ilin may ayında müsabiqəyə ev sahibliyi edəcəyi və ölkəyə çoxlu xarici qonağın gələcəyi və Azərbaycanın diqqət mərkəzində olduğu xatırladılır. "Milyonlarla dollarlıq PR kampaniyası ölkəni müasir və proqressiv kimi qələmə verməyə çalışır. Həqiqətən də nailiyyətlər var: 9 milyondan artıq əhalisi olan ölkədə insanların 100 faizə yaxını savadlıdır və neft pullarının yaratdığı iqtisadi bum Bakını göydələnlər şəhərinə çevirir". Ancaq Amnesty məsələnin başqa tərəfini də görür: "20 illik müstəqillik, iqtisadi çiçəklənmə və nisbi sabitlik ölkə vətəndaşları üçün fundamental azadlıqlar gətirə bilməyib, avtoritar idarəetmənin Prezident Əliyevin əlində cəmləşməsinə isə son 10 il ərzində xarici dünya məhəl qoymayıb". Amnesty hesab edir ki, Azərbaycanda özünü senzura güclənib. "Prezident və aparıcı hökumət fiqurlarını siyasət, jurnalistika, satirika, fəaliyyət, təhsil və hətta sosial şəbəkə saytları vasitəsilə tənqid edənlər cəzalandırılır". İnsan haqları təşkilatına görə, belə müxalif fikirlər "gözlərini adi Azərilərin haqlarına yox, neft dollarına dikən" beynəlxalq cəmiyyət üzvlərinin sükutu ilə qarşılanır. Amnesty hesabatında yazır ki, dinc anti-hökumət etirazları nümayişlərin qadağan olunması və onları təşkil edənlərin, onlarda iştirak edənlərin həbsilə nəticələnir. "Polis dinc, ancaq rəsmən icazə verilməmiş nümayişləri dağıtmaq üçün aşırı gücdən istifadə edir". Amnesty bildirir ki, gənc fəal Cabbar Savalan 2011-ci il dekabrın 26-da onun üçün aparılan beynəlxalq dəstək kampaniyasından sonra azad edilib. "Ancaq Amnesty İnternational bahar nümayişləri zamanı həbs olunan və hələ də dəmir barmaqlıqlar arasında saxlanan 16 nəfəri də vicdan məhbusu sayır". "Jurnalistlər döyülür"Amnesty İnternational öz hesabatında Azərbaycanda jurnalistlərin döyüldüyünü, onlarla ağır rəftar ediliyini və onların oğurlandığını qeyd edir. "Bloqçular və fəallara qurama ittihamlarla hücum edilir və onlar həbsə alınır. Hökumət indi internetdən istifadəyə nəzarət yollarını nəzərdən keçirir". Amnesty hesab edir ki, "bu getdikcə artan nəzarətdən məyus olan yüzlərlə insan" 2011-ci ilin mart və aprel aylarında nümayişə çıxaraq demokratik islahatlar və insan haqlarına hörmət tələb edib. "Nümayişlərin ardınca 14 insan anti-hökumət yürüşləri təşkil etməkdə və onlarda iştirak etməkdə təqsirləndirilərək həbsə alınıb". Hesabatda Azadlıq qəzetinin müxbirləri Seymur Hacıyevin və Ramin Dekonun, iddialara görə, oğurlandıqları qeyd olunur. "İşgəncələr""İşgəncə və qəddarlıq Azərbaycanda narahetdici məsələ olaraq qalır" - Amnesty yazır və 2011-ci ilin mart-aprel nümayişlərindən sonra tutulmuş bəzi fəalların - Bəxtiyar Hacıyev, Tural Abbaslı, Təzəxan Mirələmli həbs olunduqları zaman onlara qarşı qəddarlıq edildiyindən şikayətləndiklərini bildirir. "Bu günədək bu iddiaların heç biri səmərəli araşdırılmayıb". http://www.bbc.co.uk/azeri/azerbaijan/2012/02/120220_amnesty_statement.shtml Bu haber 160 defa okunmuştur.
|
|
||||||||
|
Can Azerbaycan Televizyonu Tasarım ve Hosting: Frekans Bilişim |
||||||||||