![]() | ||||||||||
| ||||||||||
| ||||||||||
HABER ARAEN ÇOK OKUNANLARSON YORUMLANANLAR
|
Beynəlxalq Anadili Günü Münasibəti ilə Azərbaycan Milli Dirəniş Təşkilatı’nın Bəyanatı
Beynəlxalq Anadili Günü Münasibəti ilə Azərbaycan Milli Dirəniş Təşkilatı’nın Bəyanatı Beynəlxalq Anadili Günü Münasibəti ilə Azərbaycan Milli Dirəniş Təşkilatı’nın Bəyanatı “Bizim Düşüncələrimizin və duyğularımızn dili bizim ən dəyərli varlığımızdır. Hərkəsə keyfiyətli təlimi təminat altına almaq, qatılımçılığı yüksəldmək və ayrımçılığa qarşı qoymaq üçün çox dillilik bizim yardımcımızdır.” UNESCO Gənəl Müdürü, Irina Bokova Beynəlxalq Anadili Günü – 2012- münasibəti ilə bağlı bəyanat “Beynəlxalq Anadili Günü Birləşmiş Millətlər Təşkilatı Təhsil, Bilim və Kültür Qurumu Umumi Konferansı’nın (UNESCO) Noyabr 1999’daki oturumunda e’lan edilibdir (30C/62). Birləşmiş Millətlər Gənəl Qurulu 16 May 2009 tarixli qərarında (A/RES/61/266) üzv ölkələri ‘dünya xalqlarının danışdığı bütün dilləri qoruyub saxlamağa’ çağırıbdır. Eyni qərarla, çox dillilik və çox kültürlülük vasitəsi ilə çeşidlilikdə birlik və beynəlxaq anlayış adına, Gənəl Qurul 2008 ilini ‘Beynəlxalq Dillər İli’ olaraq e’lan edibdir. Çox dillilik ilə yanaşı dil və kültür çeşidliliyinə qimət vermək naminə, Fevral 2000’dən bri Beynəlxalq Anadili Günü hər il gözləm altına alınıbdır. Bu tarix, 1952’ci ildə bugünkü Bangladeş ölkəsinin başkəndi olan Dhaka şəhrində öyrəncilərin ana dilləri, Bangalca’nin Pakistan’da ikinci rəsmi dil olması tələbi ilə göstəri düzənləyib, polis tərəfindən açılan atəş sonucunda hayatlarını itirdiyi günə müsadifdir. Dillər maddi və mənəvi mirasın qorunub saxlanmasının ən güclü vəsiləsidir. Ana dillərin yayğınlaşması yönündəki hansısa hərəkət sadəcə dilsəl çeşidlilik və çox dilli təlimin təşviq edilməsinə deyil, eyni zamanda dünya miqyasılı dilsəl və kültürəl adət-ənənələr haqqında bilinclənməni gəlişdirmək və qarşılıqlı anlayışı təməl alan dayanışma, tolerans və diyalogun təlqin edilməsinə xidmət edəcəkdir.” [1] Yuxarıda qeyd olunan sətirlər çağdaş və mədəni dünyada anadilinin yeri və önəmini açıq şəkildə ortaya qoymaqdadır. Dilin sadəcə bir irtibat qormaq vəsiləsi deyil, xalqların “maddi və mənəvi mirasları”nın qorunmasında başlıca vasitə olduğu, ki bu bir xalqın və millətin varlığını və yaşamını dəvam edəbilməsi anlamına gəlməkdir, bilim dünyası tərəfindən kəsin şəkildə qəbul edilibdir. Bu o deməkdir ki hər xalq vəya millət dünyada var olmaq istəyirsə və tarixə quylanmaq istəməyirsə anadilinə sahib çıxmalıdır, onu qorumalıdır və zamanın şərtlərinə uyğunlaşdırmalıdır. Bunun isə ən təməl və vacib gərəyi o xalqın uşaqlarının anadildində təhsil almasıdır. Nə yazıq ki İran adlanlan ölkə səksən ildən çoxdur bir çox xalq və millətin varlığının məzarına dönüşübdür çünkü bu ölkədə yaşayanların qalib çoxunluğunun dilsəl, kültürəl və mədəni mirasi bilincli şəkildə ölümə məhküm edilibdir. Əlbəttə ki bütün bu xalqlar və millətlər başlarına gələn bu bəlanın bədəlini sadəcə gələcəkdə yoxluğa sürüklənməklə deyil, bugünkü ekonomik, kültürəl, mədəni, siyasi və ictimai geri qalmışlıq və əzilmişlikləri ilə ödəməkdədirlər. Və yenə heç şübhəsiz bunun sorumlusu və suçlüsü bu sürəci başladan və dəvam etdirən Fars şovenizmi və Fars təməlli İrançılıq fikri və sistemidir. Azərbaycan Türk Milləti başına gələnləri artıq anlayıbdır və buna bir “Dur” deməyə qərar veribdir. Güney Azərbaycan’daki Türk aydını və Türk gənci artıq illərdir ki milli mədəni varlığını qurtarmaq üçün hər tərəfli bir mücadilə başladıbdır, durmadan və usanmadan bu yolda əmək verməkdədir və bədəlini də ödəməkdədir. Azərbaycan Milli Hərəkəti’nin, ki bu hərəkətin ən təməl istəklərindən birisi Türk dilinin bütün yönləri ilə rəsmiyətə tanınmasıdır, Güney Azərbaycan’daki Türk Milləti’nin nəzdində danılmaz və rəqibsiz bir yerə sahib olduğunu artıq milli varlığımızın düşmənləri belə qəbul ediblər. İran’daki köhnə beyinli geriçi-irqçi hakimiyət və milli zülm qonusunda ən az hakimiyət qədər anti-demokratik və çağdışı bir yaxlaşım içində olan İran müxalifəti bilməlidir ki İran’da sömürgəçilik və diktatorluğun zamanı sona əribdir. İran’da milli zülmə məruz qalan digər xalqlar kimi Azərbaycan Türk Milləti də artıq öz müqəddəratına hakim olmağa qərar veribdir və bu haqqını alacaqdır. Azərbaycan Milli Dirəniş Təşkilatı olarq Beynəlxalq Anadili Günü’nü bütün millətimizə və bu yolda mücadilə verən hərkəsə özəlliklə də milli haqlarımız uğrunda Fars şovenizminin həbsxanalarında yatan qəhrəman vətən övladlarımza təbrik deyib Türk Dili də daxil olmaqla bütün milli haqlarımızı geri alıncaya qədər mədəni və demokratik mücadiləmizə dəvam edəcəyimizi bildiririk. Azərbaycan Milli Dirəniş Təşkilatı Güney Azərbaycan 19/02/2012 [1] Birləşmiş Millətlər Təşkilatı rəsmi web səhifəsindən eyni tərcümə, http://www.un.org/en/events/motherlanguageday/
Bu haber 292 defa okunmuştur.
|
|
||||||||
|
Can Azerbaycan Televizyonu Tasarım ve Hosting: Frekans Bilişim |
||||||||||