CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Nardarandakı kütləvi həbslər İranın terror məsələsi ilə bağlıdır?!

Nardarandakı kütləvi həbslər İranın terror məsələsi ilə bağlıdır?!

Tarih 20 Şubat 2012, 02:39 Editör Anar Memmedli

Axtarışları gecə həyata keçirənlər ev sahiblərinə MTN-dən (Milli Təhlükəsizlik Nazirliyi) icazə alınması barədə sənədləri təqdim edirlər.

Bir həftədir ki, Nardaranda kütləvi həbslər gedir. “Azadlıq”a məlumat verən kənd sakinləri deyirlər ki, axtarışlar əsasən gecə saatlarında aparılır. Bu işi həyata keçirənlər MTN-dən icazə alınması barədə sənədləri təqdim edirlər.

Kənd ağsaqqalı Natiq Kərimovun “Turan”a verdiyi məlumata görə, axtarışa gələnlərin davranışında hər hansı kobudluq olmur və axtarış qanun çərçivəsində gedir. Indiyə kimi təqribən 15-ə yaxın şəxs aparılıb. Onlardan 1-2 nəfəri buraxılıb. Buraxılanlar ən çox evlərdə silah olması ilə bağlı sorğulara məruz qalıblar.

Saxlanılanlar arasında adı MTN-in bu yaxınlarda verdiyi bəyanatda İranın Azərbaycanda terror hazırlaması ittihamında keçən, özü uzun müddətdir ki, İranda yaşayan Balaqardaş Dadaşovun bacısı oğlu da var. Həbs edilənlərin, demək olar, hamısı gənclərdir və onlar vəkillə təmin edilməyiblər.

“Hələlik bu saxlanmaların əsl səbəbi bəlli deyil. Ancaq ehtimal etmək olar ki, bu, İranın terror məsələsilə bağlı ola bilər. Görünür, kimlərsə yenə terror hazırlığında ittiham edilə və ya ”Səid Dadaşbəylinin dəstəsi" kimi qrup şəkilində həbsə alına bilər", - Natiq Kərimov qeyd edib. Maraqlı olan budur ki, həbs edilənlərin doğmaları bu haqda danışmaq istəmirlər.

Kənd sakinləri deyirlər ki, qəsəbədə aləm qarışıb: “Hamı qorxu içərisindədir. Vəziyyət gərginləşir, terrorçu axtarışındadırlar. Kimlərəsə xoş getmək üçün günahsız insanları tutmaq istəyirlər. Terrorizmlə mübarizə aparmaq üçün xaricdən milyonlar alırlar. İndi o pulları ciblərinə qoymaq üçün ”terrorçu" axtarışına çıxıblar. Tutulanlar Allah adamıdır. Namaz qılır, oruc tuturlar. İnsana şər atıb, öz maraqları naminə həbs etmək düzgün deyil. Heç kimin evində silah yoxdur. Axtarışlar yalan və boş şeylərdir. Özlərinin qurduğu tələdir. Nə istəsələr onu da edəcəklər. evdən silah yox, hətta tank da çıxara bilərlər, hər şey əllərindədir".

Qəsəbə sakinləri həbs edilən Balaqardaş Dadaşovun bacısı oğlu Əli Xudaverdiyevin, qəssab Əbülfəzin evində silah olmasını gülüşlə qarşılayırlar. Onlar deyirlər ki, həmin şəxsə terrorçu damğasını vurmaq sadəcə biabırçılıqdır. Azadlıq qəzeti

N.S

http://gunaz.tv/aze/37/newsCat/1/newsID/51365-Nardarandaki-kutlevi-hebsler-Iranin-terror-meselesi-ile-baglidir.html

Bu haber 205 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Azerbaycan Respublukasından Xeberler

<...Əslində İranın səfirini qovmaq lazımdır>

<...Əslində İranın səfirini qovmaq lazımdır> İranın Azərbaycandakı səfirliyi səfir Məhəmmədbağır Bəhraminin Tehrana çağırılma...

Bu gün <Eurovision-2012>nin birinci yarım finalıdır

Bu gün <Eurovision-2012>nin birinci yarım finalıdır Şouda iştirak edən 18 ölkə təmsilçisindən 10-u finala vəsiqə qazanacaq

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim