Dünya Ana Dili Günü (21 fevral , 2 isfənd) yaxınlaşır.
İranın iki bölük olduğunu göstərən günlərdən əsas birisi Dünya Ana Dili Günüdür. Bu gün İranın başı adlanan Azərbaycanın dilsiz baş olduğunu hər kəs düyür.
Bu gün dilləri dövlət dəstəyi ilə inkişaf etdirilən millətlərin bayram olsada, dilləri dövlət zərbəsi altında olan millətlərin çətin günüdür.
Bu gün İran dərd çəkən millət və dərd çəkdirən şovinistlərə bölünür.
Bu gün İranın ədalət, islam, qardaşlıq, bərabərlik şüarlarının əsil mahiyyəti üzə çıxır.
Bütün bu qadağaları yaşayan millətin Dünya Ana Dili Gününə hansı duyğularla hazırlaşdığını təxmin etmək çətin deyil. Güney azərbaycanlılar Dünya Ana Dili gününü dinc etiraz aksiyası (yürüş) ilə qarşılayacaqlar. Hökumət qüvvələri zorakılığa yol verməsələr məhz bu gün azərbaycanlıların Haray səsi dünyaya çatdırılacaq.
Azərbaycanlılar günlərdir Ana Dili ilə bağlı duyğulu yazılar yazır, bəyanatlar verir və şüarlar səsləndirirlər.
Bu zəmində Ana Dilinin anadan sonra keşikçisi olan gələcəyin müəllimləri də xüsusi məsuliyyət hiss edib və öz münasibətlərini bildiriblər. Onlar, Azərbaycan pedaqoji universitetinin (tərbiyyət-i müəllim) divarlarını milli şüarlarla bəzəyiblər.
Ümid edirik, bu önəmli gündə, dili qadağan olmuş bütün millətlərin haqq səsi dünya ictimaiyyətinə çatsın.
Kütləvi Etirazın yeri və zamanı:
Yer: Təbriz- Rasta küçəsi ilə Ostandari arası
Zaman: Fevralın 21-i (isfəndin 2-i), saat 15:00
http://gunaz.tv/aze/37/newsCat/1/newsID/51325-Dunya-Ana-Dili-Gunu-yaxinlasdiqca-Guney-Azerbaycanda-aktivlik-baslayir-FOTO.html/inner/1
Bu haber 205 defa okunmuştur.