![]() | ||||||||||
| ||||||||||
|
| ||||||||||
HABER ARAEN ÇOK OKUNANLAR |
Tehran Fransa və Britaniyaya iran neftinin ixracını kəsib
İran Fransa və Britaniyaya neft satışını dayandırırb. İranın Neft nazirliyinin rəsmiləri bu qərarın Avropa İttifaqının iyul ayından İran neftinin idxalına embarqo tətbiq etməsinə cavab addım olduğunu buildiriblər. "Britaniya və Fransa şirkətlərinə neftin satışı dayandırılıb", - İranın Neft Nazirliyinin mətbuat katuibi Əli Rza Nikzad Rəhbər Nazirliyin saytında dərc olunmuş rəsmi bəyanatda bildirib. Ötən həftə İran mediasında Avropa İttifaqı üzvü olan 6 ölkəyə İrandan neft ixracının dayandırması barədə məlumat yayılmışdı. Sonradan həmin xəbərlər rəsmi Tehran tərəfindən təkzib olunmuşdu. Neft Nazirliyinin sözçüsü bildirmişdir ki, bu barədə hər hansı qərarı İranın Ali Milli Təhlükəsizlik Şurası verəcək. İran mediasında getmiş xəbərlərdə Fransa, İtaliya, İspaniya, Hollandiya, Yunanıstan və Portuqaliya ölkələrinə neft satışının dayandırılacağı deyilmişdi. İran Səudiyyə Ərəbistanından sonra 2-ci ən böyük neft istehsalçısıdır. Ölkə hər gün 3.5 milyon barel neft istehsal edir və onun 2.5 milyonunu ixrac edir. İxracatın 20 faizə yaxını Aİ ölkələrinə, o cümlədən İtaliya, İspaniya və Yunanıstana gedir. http://www.bbc.co.uk/azeri/azerbaijan/2012/02/120219_iran_oil_cuts.shtmlBu haber 146 defa okunmuştur.
|
|
||||||||
|
Can Azerbaycan Televizyonu Tasarım ve Hosting: Frekans Bilişim |
||||||||||