![]() | ||||||||||
| ||||||||||
|
| ||||||||||
HABER ARAEN ÇOK OKUNANLAR |
Xocalı faciəsi günlərində Azərbaycan diasporunun konsert təşkil etməsi etirazla qarşılanıb
Konsert Xocalı soyqırımının ildönümündən bir gün sonra keçiriləcək Ermənilər tərəfindən törədilən Xocalı soyqırımının 20-ci ildönümü günündən dərhal sonra Rusiyada bir qrup azərbaycanlı müğənninin konsert proqramı ilə çıxış etməsi cəmiyyətdə böyük narazılığa səbəb olub. ANS TV-nin məlumatına görə, narazılığa səbəb konsert fevralın 27-də, dünyanın əksər ölkələrində Xocalı soyqırımının ildönümü qeyd edilən zaman təşkil edilməsidir. Konsertdə iştirak edəcək müğənnilərin siyahısına Eyyub Yaqubov, Rəhim Rəhimli, Sevda Yəhyayeva, İbrahim Borçalı, Namiq Qaraçuxurlu, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimovun da daxil olduğu bildirilir. Müğənni, həmçinin digər müğənniləri konsertə dəvət etdiyi bildirilən İbrahim Borçalı tədbirin Sankt-Peterburqdakı Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti adlı diaspora təşkilatı tərəfindən təşkil edildiyini bildirib.
"Konsert Rusiyada prezident seçkisində "Vahid Rusiya" partiyasına dəstək məqsədilə keçirilir. Orada rusiyalı müğənnilər də iştirak edəcək. Mənə də bu barədə deyiləndə, fevralın 26-nın Xocalı soyıqırmı günü olduğunu bildirdim. Onlar isə dedilər ki, konsert bir gün sonra, fevralın 27-si gecə olacaq", deyə İ. Borçalı qeyd edib Bu haber 303 defa okunmuştur.
|
|
||||||||
|
Can Azerbaycan Televizyonu Tasarım ve Hosting: Frekans Bilişim |
||||||||||