 |
|
|
|
|
|
|
Anasayfa » Dünyadan Xeberler
Yunanıstanda yeni etiraz dalğası
19 Şubat 2012, 18:17 Günay Eltürk
Paytaxt və digər şəhərlərdə hökumətin siyasətinə qarşı etiraz aksiyaları keçirilir
Yunanıstanı yenə etiraz dalğası bürüyüb. Bu gün paytaxt Afinada və bir sıra iri şəhərlərdə ölkənin iqtisadi siyasətinə qarşı etiraz aksiyaları keçirilir. Həm dövlət işində çalışanların, həm də özəl sektor işçilərinin ən böyük həmkarlar ittifaqları minlərlə tərəfdarını mərkəzi Sintaqma meydanına toplayır. Polis parlamentin önündə təhlükəsizliyi təmin etmək üçün 1000-ə yaxın əməkdaşını cəlb edib.
Etiraz aksiyaları Yunanıstan hökumətinin Avropa Birliyi və Beynəlxalq Valyuta Fondunun kreditorları ilə danışıqları fonunda baş tutur. Qeyd edək ki, fevralın 20-də Avrozonanın maliyyə nazirlərinin şurası Avropa Birliyi və Beynəlxalq Valyuta Fondunun Yunanıstana 130 milyard avroluq kredit verməsinə dair razılaşmanı nəzərdən keçirəcək. Razılaşma həmçinin Yunanıstanın kreditorlara olan borcundan 100 milyard avro silinməsini nəzərdə tutur. Yunanıstan parlamenti yaxın illər üçün sərt iqtisadi islahatlar proqramını qəbul edib, bu isə ölkə əhalisinin narazılığına səbəb olub
Bu haber 217 defa okunmuştur.
 |
Dünyadan Xeberler |
 |
|
|
|
|
 |
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012 |
|
|
|
Can Azerbaycan Televizyonu
RSS Kaynağı |
Yazar Girişi | Yazarlık
Başvurusu
Tasarım ve Hosting: Frekans Bilişim
|