![]() | ||||||||||
| ||||||||||
|
| ||||||||||
HABER ARAEN ÇOK OKUNANLAR |
Görəsən Milli Şüurumuz güclənirmi yoxsa düşmənin qorxusu şüurlu dövlətimizin yaranmasındandır?!
İrandakı Quzey Azərbaycanın səlahiyyətli səfiri Cavanşir Axundov bəyi İranın xarici işlər nazirliyinə çağırılması və Quzey Azərbaycan dövlətinə qarşı etiraz notası verilməsi biz azərbaycanlıları çoxda təəccübləndirməməlidir , niyə ki, İran İslam Cümhuriyyəti əsas düşmənin Quzey Azərbaycanda görür və milli bir hökumətin yaranmasından qorxusu var. Dildə Azərbaycana dost və qardaş ölkə diyən İran İslam Cümhuriyyəti əməldə Azərbaycan dövlətinə qarşı təxribat ilə məşğuldur! Şovinist İran İslam hakimiyyətinin qorxusu Quzey Azərbaycandan əsassız deyildir, ona görə ki, İranın nə İsrail ilə torpaq bölünmə davası var və nə də İranda yaşayan neçə min Yəhudinin dili qadağan edilib, bəlkə İran İslam Fars Şovinist hakimiyyəti milyonlar Güney Azərbaycan Türk millətinə qarşı olaraq, onun milli varlığın danıb, dil və mədəniyyətinə qadağa qoyub, bütün Azərbaycanın milli mənafeyinə zərbə vurur. İran İslam Fars hakimiyyəti Qərb ölkələri ilə birlikdə Quzey Azərbaycanın varlığın ilk müstəqillik günündən bəri təhlükəyə salaraq, terrorçu Erməni Daşnakların Quzey Azərbaycan millətinə qarşı dəstəkləyib və 20 faiz torpaqlarımızın işğalına zəmin yaradıb. İran dövlətinin Azərbaycan millətinə olan düşmənçilik siyasətin nəticəsində minlərcə günahsız insan Erməni cinayətlərinə məruz qalmış və bir milyon insanın yurdundan didərgin düşməsinə səbəb olmuşdur! Təəssüf olsun ki, Quzey Azərbaycanın indiki hakimiyyəti istənilən kimi milli bir dövlət deyildir və öz şəxsi mənafeyin millətin mənafeyindən üstün tutaraq, nə Quzey Azərbaycanda və nə də Güney Azərbaycanda milli birlik üçün addımlar atmamış . Quzey Azərbaycan dövləti Güneydə yaşayan azərbaycanlıların talelinə laqeyd olaraq, onların varlığını və əzilmiş milli haqlarına bir yad ölkə kimi yanaşmışdır! Milli bir dövlət heç zaman milyonlarca Güney azərbaycanlı soydaşına olunan basqı və mədəniyyət cinayətinə sakit qalmaz idi, hər hansı bir bəhanəyə olursa olsun. Nəhəng kimi İran Fars şovinist düşmənin tanıyıb və onunla Diplomatik əlaqə qurmaq ən böyük siyasi səhvdir. Quzey Azərbaycan dövləti nə tarixdən dərs alıb və nə də milyonlarca azərbaycanlıdan utanır! Çağdaş tariximizdə çoxlu bölünmüş millətlərə şahid olmuşuq ki, əgər hər hansı bir bölünmüş dövlət vətənin parçalanmasın istəyirsə, o dövləti çox pis millət məhkəməsi gözləmişdir, çünki vətən və millətinin bölünməsinə razı olan bir dövlət xaindir. Quzey Azərbaycan dövləti keçən bu 15 ildə çoxlu səhvlərə yol verərək, əsas düşməni olan İran dövləti ilə xeyirsiz dostluq və iqtisadi münasibət qurmuş və bu əməkdaşlıq nəticəsi siyasi şantaj və təxribat olmuşdur.
Quzey Azərbaycan hökuməti illərdir 20 faiz işğal olunan torpaqlarımız üçün qərbi dəllallar araya verib və barış yolu ilə Ermənilərdən torpaq istəyir, ancaq unudur ki ,İran Fars dövləti də illərdi Kürd terrorçu təşkilatlarına maddi mənəvi dəstək verərək, Güney Azərbaycan torpaqlarında kürdləri mənfi məqsədli olaraq, yerləşdirir və ikinci Qarabağ tragediyanı hazırlaşdırır. Bir yerdə ki, Qərb və İran hər tərəfli Erməni işğalçısını dəstəkləyir, Quzey Azərbaycan dövləti bu ölkələr ilə sıx əməkdaşlıq edir. Tarixdə belə bir mədəni dövlət görünməmişdir!!! Ləyaqətli bir dövlət parçalanmış millət və bölünmüş torpaqlarının birləşməsin uğrunda siyasətin tənzimlədər, indiki Azərbaycanın coğrafi siyasi xəritəsi Azərbaycan dövlətinin səlahiyyətin sual altına aparır! Milli bir dövlət milli ruh və şüurun yüksəlməsi üçün çalışaraq , millətin gücünə söykənər, ancaq bu şüur bizim Quzey hakimiyyətdə yoxdur. Gec olursa da Quzey Azərbaycan hökuməti yuxudan oyanmalıdır, ya indiki dövlət milli-şüuru gündəmə qoyacaq və bütün azərbaycanlıların dəstəyin qazanacaq, yada ki, buraxdığı siyasi-ictimai səhvlərə görə haçansa millətin qəzəbin his edəcək . Şovinist İran Fars hakimiyyəti Musad məmurların Quzey Azərbaycanda yox, bəlkə elə İran sisteminin müdafiəsi ilə Quzey İraqın Kürdüstan muxtar vilayətində axtarmalıdır, çünki İsrailin kəşfiyyat orqanı (Musad) illərdi Quzey İraqda Kürd terrorçu təşkilatın(PKK, PJAK) və Mustafa Barzanının silahlı dəstələrinə nizami təlimat öyrədirlər! Balıq başından iylənər demişlər atalar və o zamana qədər ki, Quzey Azərbaycan dövləti düzgün milli şüura malik deyil nə Qarabağ azad olacaq və nə də Güney Azərbaycanda milli hərəkət kütləviləşəcək. Bu gün İsrail dövləti güclü bir dövlətlərdən hesab olur, baxmayaraq ki, bu ölkənin əhalisi əksəriyyətin başqa ölkələrdən gələn insanlar təşkil edir, amma milli birlik və şüurun olması, İsrail dövlətinin gücün dünyaya göstərir və 2 min il bundan əvvəl dağılmış Yəhudi millətinin yaşayışına imkan verir. Ya ağılı millətlər kimi milli kimliyimizi qoruyaraq, vahid bir güclü millət olub dünyada çağdaş dövlətimizi qurmalıyıq, yada saxtakar dövlət və siyasətçilərimizin səhvlərinə görə millət və torpaqlarımızın parçalanmasına laqeyd olaraq, düşmənlərimizin köləsi olacaqdır! Tarix göstərib ki, Azərbaycan Türk milləti ağıl və istedadı ilə şərəfi bir millət kimi zülmün qabağında dayanaraq, Şərq aləmində ən çağdaş inqilab, habelə siyasi dəyişikləri həyata keçirdib və tarix boyu başqa etnik millətlərin sığınacaq məkanı olmuşdur. Şərq aləmində fitnə yaradan istismarçı biganə ölkələr və onların yaratdığı marionet dövlətlər yalnız Azərbaycan millətinin bütövləşməsindən nigarandırlar, çünki Azərbaycan millətində olan potensial birləşib demokrat bir ölkə olursa, bütün ictimai sahələrdə taysız bir ölkə kimi Şərq aləmində və dünyada nümunə olacaqdır. Milli şüurumuz artırsa, atalardan miras qalan torpaqlarımızı birləşdirib, şərəf ilə millət olduğumuza fəxr edəcəyik, amma bu yolda ağıllı milli şüurlu siyasətçilərimiz ilə birləşməliyik. Bulut Fevral 2012
Bu haber 184 defa okunmuştur.
|
|
||||||||
|
Can Azerbaycan Televizyonu Tasarım ve Hosting: Frekans Bilişim |
||||||||||