CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

İRANIN DİNİ RƏHBƏRİ AZƏRBAYCANLILARLA GÖRÜŞÜB

İRANIN DİNİ RƏHBƏRİ AZƏRBAYCANLILARLA GÖRÜŞÜB

Tarih 18 Şubat 2012, 10:32 Editör Günay Eltürk

İran İslam Respublikasının dini lideri ayətullah Xamneyi Azərbaycan ostanlarından olan minlərlə alim, rəhbər işçi və digər şəxslərlə görüşüb.

İranın Azərbaycan Respublikasındakı səfirliyindən “Media forum” saytına verilən məlumata görə, fevralın 15-də keçirilən görüşdə dini lider deyib ki, islam inqilabının ildönümü münasibətilə keçirilən yürüşlərdə on milyonlarla insan çox böyük şövqlə iştirak edib. Ayətullah Xamneyi bunun İran xalqının bəsirət və ayıqlığından qaynaqlandığını bildirib. O vurğulayıb ki, İran xalqı belə bəsirəti, dirənişi və çıxış etməyə həmişə hazır olması sayəsində heç zaman məğlub olmayacaq.

Ayətullah Xamneyi qeyd edib ki, düşmən cəbhəsinin KİV-ləri və təbliğat maşını dünya sionist şəbəkəsinin rəhbərliyi ilə geniş təbliğat aparır: “Bu sıx təbliğatda məqsəd belə bir ağ yalanın beyinlərə yeridilməsindən ibarət idi ki, guya İran xalqında inqilaba, islama və özünün amallarına qarşı soyuqluq yaranıb. Bütün bu təbliğat da məhz 11 fevral yürüşləri üzərinə yönəldilmişdi ki, bu yolla bəlkə xalqın iştirak səviyyəsini aşağı salmaq mümkün oldu. Lakin İran xalqı qeyri-adi bir sayıqlıq göstərərək hiyləni başa düşdü və yürüşlərdə özünün geniş iştirakı ilə düşmənin ağzından vurdu”.

İranın dini liderinin sözlərinə görə, 11 fevral yürüşlərində xalqın əzəmətli iştirakının mesajını eşitməli olanlar onu eşitdilər: “Spirtlə yoğrulmuş və zədələnmiş beyinlərində cürbəcür xəyal quranlar başa düşdülər ki, İranda nə xəbər var və bu ölkənin qəhrəman xalqı siyasi səhnədə nə dərəcədə fəaldır”.

Ayətullah Xamneyi İran xalqının dirənişini islam quruluşunun uğurunun rəmzi adlandırıb: “Bir xalq möhkəm dayanaraq düşmənin hay-küylü şəbəkəsi qarşısında vahiməyə düşmədən müqavimət göstərərsə, elmi, texnoloji, iqtisadi, ictimai sahələrdə, beynəlxalq siyasətdə və xalqlara təsir göstərməkdə irəli gedəcək və təfəkkürü, dini və şüarları geniş yayılacaq”.

Ayətullah Xamneyi ilahi düz yolla və islam yolu ilə hərəkətin davam etdirilməsini, dəyanət və şəriəti, ayıqlıq, bəsirət və vəzifələrin yerinə yetirilməsini ölkənin tərəqqisi və yenidən qurulmasının şərti adlandırıb. O, ölkənin son yüz illik tarixində baş vermiş hadisə və proseslərdə Azərbaycanın, xüsusilə də Təbrizin rolunu və tutduğu yeri qeyd edərək deyib: “Təbrizin Səttarxan və Bağırxan kimi qəhrəmanlarının ən mühüm xüsusiyyəti dinə bağlılıq, din yolu ilə hərəkət etmələri və din alimlərinin ardınca getməkləri olub”.

Xamneyi Azərbaycan, xüsusilə Təbriz alimlərinin, Azərbaycan əhalisinin islam hərəkatında, islam inqilabının qələbəsində, sonrakı dövrlərdə əhəmiyyətli rol oynadığını söyləyib: “5 mehrab şəhidindən (islam inqilabından az sonra İranda məsciddə törədilən terror zamanı həlak olanlar nəzərdə tutulur – “Media forum”) 2-nin Azərbaycandan olması, qəhrəman Aşura diviziyasının müqəddəs müdafiə dövründə göstərdiyi şücaətlər Azərbaycan xalqının parlaq salnaməsinin yalnız bir neçə nümunəsidir”

Bu haber 290 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

İran Xeberleri

TEHRANDA HİCAB TUTATUT

TEHRANDA HİCAB TUTATUT İranda polis qüvvələrinin hicabsızlığa qarşı əməliyyatları şiddətlənib.

İranda Azərbaycana qarşı etiraz aksiyaları keçirilib

İranda Azərbaycana qarşı etiraz aksiyaları keçirilib Cümə namazından sonra təşkil edilən yürüşlərdə Eurovisionun Bakıda keçirilməsinə...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim