CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Tehran zindanında aclıq edən azərbaycanlı musiqiçilərin səhhəti ağırlaşıb

Tehran zindanında aclıq edən azərbaycanlı musiqiçilərin səhhəti ağırlaşıb

Tarih 18 Şubat 2012, 08:12 Editör Anar Memmedli

ETTELAAT Təbriz və Bakıda musiqi fəaliyyəti ilə məşğul olan İsmayıl Bərzigəri və Rəsul Heydərzadəni 2011-ci ilin iyununda tutub.

Azərbaycan milli kimliyi uğrunda dinc fəaliyyətinə görə 8 aydır Tehranın Evin zindanında saxlanan, iki həftədir aclıq aksiyası keçirən azərbaycanlı musiqiçilər İsmayıl Bərzigər və Rəsul Heydərzadənin səhhətinin ağır olduğu haqda məlumat yayılıb.

ETTELAAT əməkdaşları Təbriz və Bakıda musiqi fəaliyyəti ilə məşğul olan müğənni, muğam ifaçısı İsmayıl Bərzigəri və klarnet ifaçısı Rəsul Heydərzadəni 2011-ci ilin iyununda tutublar. Tehran məhkəməsi hər iki azərbaycanlını casusluqda günahlandıraraq onların hər birini 7 illik həbsə məhkum edib. Hər iki fəal mühakimə olunarkən vəkildən məhrum edilib və məhkəmə iclası cəmi 5 dəqiqə çəkib.

“Media forum” saytının məlumatına görə, Evin zindanının 350-ci korpusunda saxlanan azərbaycanlı musiqiçilər saxlandıqları şəraitin ağırlığına və məhkəmənin ədalətsiz qərarına etiraz olaraq 2012-ci il fevralın 2-dən aclığa başlayıblar.

Aclıq nəticəsində dəfələrlə qan təzyiqi düşdüyünə görə zindan klinikasına aparılan fəallar bütün təzyiqlərə baxmayaraq aksiyanı dayandırmırlar.

Həbs müddətində müxtəlif fiziki və psixoloji təzyiqlərə məruz qalan azərbaycanlı məhbusların müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi də bildirilir.

http://www.voanews.com/azerbaijani/news/Tehran-zindannda-aclq-edn-azrbaycanl-musiqicilrin-shhti-arlab--139356473.html

Bu haber 247 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Güney Azerbaycan Xeberleri

Güney Azerbaycan'da gergin gün

Güney Azerbaycan'da gergin gün 1 Xurdat (22 Mayıs) 2006 direnişinin 6-nci yılında Güney Azerbaycan Şehirlerinde gergin vaziyet var

22 MAY BİLDİRİŞİ

22  MAY BİLDİRİŞİ GÜNEY AZƏRBAYCAN BİRLİK KOMİTƏSİ'nin 22 may - 1 Xurdat direnişi ile ilgili bildirisi İstanbul

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim