CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Azərbaycan qızıla üz tutub

Azərbaycan qızıla üz tutub

Tarih 18 Şubat 2012, 08:03 Editör Anar Memmedli

Beynəlxalq biznes dairələrin Financial Times qəzeti Azərbaycan Dövlət Neft Fondunun qızıl və səhmlərə, eləcə də daşınmaz əmlaka sərmayə yatırmağa başlamasından yazıb.

“Azərbaycan adətən öz neft gəlirlərini sağlam idarə edir - əsasən ABŞ qiymətli kağızları və qısamüddətli borc istiqrazları alır. İndi isə ölkə digər suveren xəzinə fondlarının qoyduğu dəblə ayaqlaşır və qızıl, daşınmaz əmlak və özəl səhmlərə sərmayə yatırır” – müəllif İsabel Gorst yazısına belə başlayır.

“Ortada çoxlu pul var. Azərbaycan Dövlət Neft Fondu (ARDNF), 1999-cu ildə ölkənin neft ixracından gəlirləri üçün saxlanc yeri olaraq yaradıldıqdan sonra 29 milyard dollardan artıq pul toplayıb”.

Yazıda deyilir ki, ARDNF rəsmiləri 2008-ci ildə maliyyə böhranı başlayandan bəri hökumətin daha liberal investisiya siyasəti yürütməsində təkid edirdilər. “Onların arzusu - dekabr ayında prezident İlham Əliyev Fondun öz fəaliyyətini genişləndirməsi və daha müxtəlif aktivlərə vəsait yatırmasına dair fərman imzalayanda - həyata keçdi.

Yeni qaydalara görə, ARDNF 2012-ci ildə öz sərmayə portfelinin 5 faizini qızıla və digər 5 faizini səhmlərə yatıra biləcək.

Daşınmaz əmlaka sərmayə qoyulmasına da icazə veriləcək”.

Daha sonra yazı müəllifi Fondun son sərmayə fəaliyyəti və missiyası haqqında yazır:

“Fevralın 1-də ARDNF “investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması məqsədi ilə” qızıla investisiya etməyə başladığını bəyan edib.

Fondun almaq istədiyi qızıl külçələr London Qiymətli Metallar Bazarı İştirakçıları Assosiasiyasının tələblərinə cavab verməlidir. Bundan başqa, ARDNF deyib ki, bu il səhmlərə sərmayə yatırmağa başlayacaq və səhmlər portfelinə nəzarət üçün xarici menecerlər cəlb edəcək.

ARDNF-nin missiyası, Azərbaycanda neft tükəndikdən sonra, neftdən əldə olunan gəlirləri gələcək nəsillərə ötürmək və iqtisadi böhran zamanı qoruyucu rol oynamaqdır. Ancaq hökumət həmçinin fonddan qeyri-neft büdcə gəlirləri və dövlət xərcləri arasındakı böyük boşluğu doldurmaq üçün istifadə edir”.

Müəllif Neft Fondundan çoxlu sayda vəsaitin dövlət büdcəsinə keçirməsinin beynəlxalq maliyyə təşkilatları tərəfindən təqdir edilməməsini izah edir: “11 milyon dollardan artıq vəsait infrastruktur layihələrini maliyyələşdirmək üçün ARDNF-dən dövlət büdcəsinə keçirilib. Bu il daha böyük transferlər gözlənilir – hökumətin yeni irriqasiya sistemi, Azərbaycan və Gürcüstan arasında Türkiyəyədək uzanan dəmiryolu və qaçqınlara evlər tikmək planları var.

Azərbaycana ötən il missiyasından sonra Beynəlxalq Valyuta Fondu hökuməti iqtisadiyyatın neft gəlirlərindən asılılığını azaltmağa çağırmışdı. BVF demişdi ki, korrupsiyanı azaltmaq və iqtisadiyyatı liberallaşdırmaq, bununla da özəl sektorun inkişafına yol açmaq üçün tədbirlər görülməlidir”.

“Xəzər dənizindəki neft yataqlarından neftin istehsalı bir neçə il ərzində azalmağa başlayacaq və 2020-ci ildən sonra isə tükənməyə üz tutacaq. Azərbaycanlılar ARDNF üçün diversifikasiyanın düzgün qərar olacağına və sərmayədən sanballı gəlir gələcəyinə ümid bəsləyəcəklər”.


http://www.bbc.co.uk/azeri/azerbaijan/2012/02/120217_ft_azeri_gold.shtml

Bu haber 215 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Meqaleler

1 Xurdat Qıyamı-Direnişi nedir?

1 Xurdat Qıyamı-Direnişi nedir? 1 Xurdat Qıyamı, Üsyanı bu nedenle tarihimizin en önemli hadiselerinden birisi olarak değerlendirilmelidir.

ULUSLARARASI GÜNEY AZƏRBAYCAN KONSEYİ QURULDU - Gülara YENİSEY

ULUSLARARASI GÜNEY AZƏRBAYCAN KONSEYİ QURULDU  - Gülara YENİSEY 12 May 2012-ci il tarixində Türkiyənin başkəndi Ankara şəhərində Uluslararası Güney A...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim