CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Strasburqda Xocalı soyqırımı ilə bağlı yürüş-mitinq keçiriləcək

Strasburqda Xocalı soyqırımı ilə bağlı yürüş-mitinq keçiriləcək

Tarih 17 Şubat 2012, 12:44 Editör Günay Eltürk

Strasburqun Kleber meydanında möhtəşəm mitinqin keçirməsi də nəzərdə tutulub

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Strasburq "Azərbaycan Evi" ilə birgə Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı fevralın 24-26-dək Strasburq şəhərində Fransada fəaliyyət göstərən Türk diaspor təşkilatlarının da geniş dəstəyi ilə silsilə tədbirlər keçirəcək.

Bu haqda “Qafqazinfo”ya ATXƏM mətbuat xidmətindən bildiriblər.

“Xocalıya ədalət” kampaniyası çərçivəsində fevralın 25-də Strasburqun Kleber meydanında möhtəşəm mitinqin keçirməsi də nəzərdə tutulub.

Tədbirlərdə Azərbaycan nümayəndə heyətinin tərkibində ATXƏM-in sədri İlham İsmayılov, Prezident Administrasiyası İctimai-siyasi şöbənin diasporla iş üzrə sektor müdiri Qafar Əliyev, Milli Məclisin üzvü Rauf Əliyev, Dağlıq Qarabağ Azərbaycanlıları İcması İdarə Heyətinin üzvü, Xocalı faciəsinin şahidi Cavid Əliyev, İctimai Televiziyanın xəbərlər xidməti departamentinin rəhbəri İlham Sərxanlı və “Birlik” jurnalının baş redaktoru İlqar İlkin iştirak edəcək.
Qeyd edək ki, ATXƏM və Strasburq "Azərbaycan Evi" 2010-2011-ci illərdə də Xocalı faciəsinin ildönümü ilə bağlı Strasburq şəhərində mitinqlər keçirmişdir”,-deyə mətbuat xidmətindən bildiriblər.


Elnur Eltürk

Bu haber 264 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Azerbaycan Diasporasından Xeberler

Dünya azərbaycanlıları İranın antiazərbaycan siyasətinə qarşı kütləvi aksiyalar keçirəcəklər

Dünya azərbaycanlıları İranın antiazərbaycan siyasətinə qarşı kütləvi aksiyalar keçirəcəklər Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar İranın Azərbaycan Respublikasın...

Avropada, İran səfirlikləri qarşısında etiraz aksiyaları keçiriləcək

Avropada, İran səfirlikləri qarşısında etiraz aksiyaları keçiriləcək Aksiyalar zamanı Tehranın anti-Azərbaycan siyasətinə etiraz olunacaq.

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim