CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Soyqırımda əli olan Sarkisyan və Köçəryanın cinayətləri ilə bağlı faktlar sənədləşdirilir

Soyqırımda əli olan Sarkisyan və Köçəryanın cinayətləri ilə bağlı faktlar sənədləşdirilir

Tarih 17 Şubat 2012, 10:43 Editör Günay Eltürk

Bunu jurnalistlərə Azərbaycanın baş nazirinin müavini Əli Həsənov deyib

Azərbaycanın baş nazirinin müavini bəyan edib ki, Xocalı soyqırımının törədilməsində əli olan Ermənistanın prezidenti Serj Sarkisyan və eks-prezidenti Robert Köçəryanın cinayətləri ilə bağlı faktlar sənədləşdirilir.

“Dünya ictimaiyyətinin böyük bir hissəsi bilir ki, Xocalı hadisəsi törədilərkən sovet ordusunun gücündən və Dağlıq Qarabağda olan bir qrup separatçıdan istifadə olunub. Separatizm hərəkatının başında duranlar isə Robert Köçəryan və Serj Sarkisyan olub. Bu istiqamətdə iş aparılır”, - Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın baş nazirinin müavini Əli Həsənov deyib.

Onun sözlərinə görə, ermənilərin törətdiyi bütün cinayətlər araşdırılır və sənədləşdirilir.

“Belə olan halda beynəlxalq səviyyədə müraciət etmək olar. Bunu sübuta yetirmək üçün kifayət qədər faktlar sənədləşdirilir. Hesab edirik ki, hüquq-mühafizə orqanları bunun öhdəsindən gələcək”, - Həsənov əlavə edib.

Onun sözlərinə görə, Ermənistan bu gün çox ciddi şəkildə türk dünyasına, bir neçə müsəlman ölkəsini çıxmaqla, bütün dünya müsəlmanlarına qarşı ciddi ideoloji müharibə aparır.

“Biz bu məsələlərdə açıq olmalıyıq. Hesab edirəm ki, bu problemlə bağlı heç bir diplomatik qaydaları gözləmək lazım deyil”, - Həsənov bildirib.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib

Bu haber 332 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Qarabağ'la bağlı Xeberler

Əli Həsənov: Ermənilər Şuşa və Laçını Pavel Qraçovun dəstəyi ilə işğal ediblər

Əli Həsənov: Ermənilər Şuşa və Laçını Pavel Qraçovun dəstəyi ilə işğal ediblər Baş nazirin müavini Vladimir Putinin bu məsələdə obyektivlik göstərəcəyinə ...

Laçında itirdiklərimiz.

Laçında itirdiklərimiz. Laçın rayonu üzrə 33285 hektar meşə fondu torpaqları vardır ki, bunun da meşə ilə örtülü sah...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim