![]() | ||||||||||
| ||||||||||
| ||||||||||
HABER ARAEN ÇOK OKUNANLAR |
Kanadada Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilib
Ermənistan-Azərbaycan münaqişəsinə dair konfrans təşkil edilib Xocalı soyqırımının 20-ci il dönümünün qeyd olunması ilə əlaqədar Azərbaycan Respublikasının Kanadadakı səfirliyi və Kvebek Azərbaycanlıları Assosiasiyasının birgə təşkilatçılığı ilə Monreal şəhərində tanınmış Makgil Universitetində (MacGill) Ermənistan-Azərbaycan münaqişəsinə dair konfrans keçirilib. Azərbaycanın Kanadadakı Səfirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, konfrans zamanı Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi, siyasi və digər cəhətləri ilə bağlı müvafiq çıxışlar olub və müzakirələr aparılıb.
Konfransda Azərbaycanın Kanadadakı Fövqəladə və Səlahiyyətli səfiri Fərid Şəfiyev, Kanadanın Hərbi Kollecinin siyasət və iqtisadiyyat departamentinin professoru Pyer Jolikör, Laurenşian Universitetinin siyasi elmlər departamentinin professoru Oreli Lakassan və Kanadanın Beynəlxalq İnstitutunun tədqiqatçısı Rene Jendron təqdimatlar ilə çıxış ediblər. Tədbirdə Kanada ictimaiyyəti və Azərbaycan icmasının üzvləri, Monrealda yerləşən Makgil, Konkordiya və digər universitetlərin tələbə və müəllim heyəti iştirak edib Bu haber 271 defa okunmuştur.
|
|
||||||||
|
Can Azerbaycan Televizyonu Tasarım ve Hosting: Frekans Bilişim |
||||||||||