![]() | ||||||||||
| ||||||||||
| ||||||||||
HABER ARAEN ÇOK OKUNANLAR |
TAİLAND HÖKUMƏTİ TERRORDA GÜNAHLANDIRILAN İRANLILARLA BAĞLI YENİ MƏLUMAT AÇIQLADI
Tailand hökuməti 14 fevral terroru ilə bağlı yeni məlumat açıqlayıb. Fevralın 14-də Banqkokda İran vətəndaşı Səid Muradinin törətdiyi partlayışda 4 nəfər yaralanıb. Səid Muradi özü iki ayağını itirib.
“Media forum” saytının məlumatına görə, Tailand polis rəsmiləri jurnalistlərə bildiriblər ki, ölkəni tərk edərkən aeroportda tutulan digər İran vətəndaşının adı Məhəmməd Xəzai, Malayziyaya qaçan İran vətəndaşının adı isə Məsud Sədaqətzadədir. Tailandın təhlükəsizlik rəsmisi isə tutulanların peşəkar killer olduğunu bəyan edib: “Bu üç iranlı adam öldürməklə məşğul olan killer dəstənin üzvləridir. İranlılar ölkədə israilli diplomatları terrora hazırlaşırdılar. Onlar İsrail diplomatlarının avtomobillərinə bomba qoymağı planlaşdırmışdılar”. Tailandın xarici işlər naziri isə jurnalistlərə açıqlamasında tutulan iranlıların mənzilindən partlayıcı maddələr və bomba istehsalında istifadə olunan qurğular tapdıqlarını bildirib. Nazir iranlıların ölkə polisini və mülki vətəndaşları öldürməyə cəhddə, qanunsuz partlayıcı maddə saxlamaqda və İsrail diplomatlarını terrorda günahlandırıldığını bəyan edib Bu haber 217 defa okunmuştur.
|
|
||||||||
|
Can Azerbaycan Televizyonu Tasarım ve Hosting: Frekans Bilişim |
||||||||||