CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

İranda hakimiyyətlə dini dairələr niyə yola getmir?

İranda hakimiyyətlə dini dairələr niyə yola getmir?

Tarih 16 Şubat 2012, 07:30 Editör Günay Eltürk

Ekspert: İran daxili problemlərini qonşu ölkələrin hesabına həll etmək istəyir

Ötən gün İran müxalifətinin liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin ev dustağı edilməsinin ildönümündə paytaxt Tehranın bir sıra küçələrində etiraz aksiyaları keçirilib. Aksiya iştirakçıları İrandakı mövcud quruluşun əleyhinə şüarlar səsləndirib. Bir neçə şəxsin saxlanıldığı bildirilir.

Bu arada isə İran beynəlxalq təzyiqlərə baxmayaraq, uranın zənginləşdirilməsinə bir addım daha yaxınlaşdı. Uranın zəngiləşdirilməsini 20 faizə çatdırdı, 6 Avropa ölkəsinə neft satışını isə dayandırdığını elan etdi.

Xatırladaq ki, yanvarın 23-də Avropa Birliyinə üzv ölkələr İrana qarşı yeni sanksiyalar tətbiq edilməsinə dair razılıq əldə etmişdi. Həmin sanksiyalar İran neftinin idxalından imtina edilməsini nəzərdə tuturdu. İran neftinə tam embarqonun iyulun 1-dən icra edilməsi qərara alınmışdı.

Məsələ bağlı fikirlərini açıqlayan ekspertlər hesab edir ki, son dövrlərdə ABŞ və Qərb ölkələri tərəfindən İrana qarşı sərt tədbirlərin həyata keçirilməsi, sanksiyaların tətbiq edilməsi, həmçinin hərbi müdaxilə ehtimalının böyüməsi ölkədə daxili siyasi mühitin gərginləşməsinə, müxtəlif hakim qütblər arasında ziddiyyətlərin kəskinləşməsinə səbəb olub.

Siyasi ekspert Qabil Hüseynlinin sözlərinə görə, bu gün İranda hakimiyyətlə dini dairələr arasında ciddi qarşıdurmalar müşahidə olunur, bu isə İranın region dövlətləri ilə münasibətlərinə təsir edir. O qeyd edib ki, bu mübarizə prosesində hətta İranın geosiyasi maraqlarını qurban verməkdən çəkinmirlər: “Məsələn, ölkənin Türkiyə və Azərbaycanla münasibətlərinin pisləşməsi buna misal ola bilər. Son vaxtlar Azərbaycana qarşı olan müəyyən ittihamlar, özü də əsassız ittihamlar hakimiyyətdaxili çəkişmələrdən qaynaqlanır”.

Q. Hüseynli deyir ki, İran daxili siyasi mübarizəni qonşu ölkələrin hesabına həll etmək istəyir. Məhz hakimiyyətin müxtəlif qanadları daxili qarşıdurmada mənafe üstünlüyü əldə etmək üçün qonşu ölkələrlə ciddi problemlərdən belə çəkinmir. Bunu məsuliyyətini isə rəqiblərinin üzərinə atırlar

Bu haber 260 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Müsahibe

İrana heç bir hərbi müdaxilə olmasa belə...

İrana heç bir hərbi müdaxilə olmasa belə... Ilham İsmayılov: "Azərbaycan türklərinin milli mücadiləsi mövcud rejimin sonunu gətirəc...

İlhan Aşkın: <Azərbaycana münasibətimiz şəxslərə görə deyil>

İlhan Aşkın: <Azərbaycana münasibətimiz şəxslərə görə deyil> Hollandiya Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin rəhbəri, bu ölkənin D...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim