CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Türkiyə vətəndaşının aça bilmədiyi qardaş qapısı

Türkiyə vətəndaşının aça bilmədiyi qardaş qapısı

Tarih 15 Şubat 2012, 14:20 Editör Günay Eltürk

Türklər 71 ölkəyə vizasız gedib-gələ bilirlər, amma buraya Azərbaycan şamil deyil

Türkiyə hökumətinin apardığı məqsədyönlü siyasət nəticəsində qısa müddətdə dünyanın 71 ölkəsi ilə viza rejimi tamamilə ləğv edilib. TİA.AZ xəbər verir ki, həmin ölkələr arasında uzaq Afrika dövlətləri olduğu halda, yaxınlıqda yerləşən və qardaş hesab olunan Azərbaycan yoxdur. İllərdən bəri birtərəfli olaraq ləğv olunan viza rejimini Azərbaycanın qəbul etməməsinin dəqiq səbəbləri məlum deyil. Vikiliks saytı bununla bağlı yaydığı məlumatda isə bildirirdi ki, rəsmi Bakı İranın qorxusundan bu addımı atmır. Hətta o da vurğulanırdı ki, Azərbaycan hakimiyyəti Türkiyə ilə vizanı ləğv edəcəyi təqdirdə, analoji addımı İran üçün də atmalı olduğundan bu fikrindən vaz keçir. Lakin yerli ekspertlərin fikrləri bununla bağlı bir az fərqlidir. Onların rəyinə görə, Azərbaycanın burada iki əsas marağı var. Birincisi, Türkiyə ilə inteqrasiyanın dərinləşməsini istəməyən Rusiya faktoru mövcuddur ki, Moskva Bakını vizanı ləğv edəcəyi təqdirdə, təzyiq edəcəyi ilə hədələyir. Ekspertlər bununla bağlı bildirirlər ki, Kremldan asılı vəziyyətdə olan rəsmi Bakı onların iradəsinə qarşı çıxa bilmir. İkinci faktora gəldikdə isə burada maddi maraqların öndə olduğuna dair iddialar var. Belə ki, xaricdəki səfirliklərimiz viza alqı-satqısı ilə böyük qazanclar əldə edir və həmin imkanı da əldən vermək istəmir. Məsələn, hal hazırda Türkiyə vətəndaşları 6 aylıq viza almaq üçün 500 dollar pul vermək məcburiyyətində qalırlar. Bununla bağlı məlumatlarda vurğulanır ki, illik vizaya sahib olmaq üçün bu rəqəm 1000 dollara qədər yüksəlir. Bu deyilənlərdən belə başa düşülür ki, Azərbaycan hakimiyyəti qardaşlıq məsələsini bir kənara buraxaraq, maddi maraqlarını önə çıxarmaqdadır. Yəni, əsas məqsəd iki qardaş dövlətin inteqrasiyası yox, kimin nə qədər qazana biləcəyidir. Buna inanmaq istəməsək də, göz önündə baş verənlər vəziyyətin fərqli olmadığını ortaya qoyur

Bu haber 345 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Türkiye Xeberleri

İran`ın Ankara Büyükelçiliği Önünde Protesto Gösterisi

İran`ın Ankara Büyükelçiliği Önünde Protesto Gösterisi Güney Azerbaycan Türkleri, İran'da kendilerine karşı uygulanan baskı ve tecrit politikalarını protesto etmek am...

Kırım Türkleri İzmir'de Anıldı

Kırım Türkleri İzmir'de Anıldı Kırım Tatar Türkleri, sürgünün 68'nci yılında İzmir'de bir törenle anıldı.

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim