![]() | ||||||||||
| ||||||||||
| ||||||||||
HABER ARAEN ÇOK OKUNANLAR |
Davutoğlu ABŞ-da Dağlıq Qarabağı müzakirə edib
Vaşinqtonda Birləşmiş Ştatlar və Türkiyə rəsmiləri arasında keçrilimiş yüksəksəviyyəli dialoq əsnasında ikitərəfli münasibətlər və Yaxın Şərqin problemləri ilə yanaşı, Dağlıq Qarabağa müzakirəsinə də zaman ayırılıb. “Qafqaz, xüsusilə Azərbaycan-Ermənistan münaqişəsi gündəlikdə əsas məsələlərdən idi”, deyib Türkiyə xarici işlər naziri Ahmet Davutoğlu bazar ertəsi səfərini yekunlaşdırarkən. Nazirin təbirincə, Vaşinqtonla Ankara “regionda bütün problemlərin yalnız sülh və dialoq yolu ilə həlli məsələsində eyni baxışları bölüşürlər”. "Biz Fransa parlamentində qəbul olunmuş ədalətsiz qərarın dövlət katibi Hillari Klinton tərəfindən pislənilməsini alqışlamışıq" Ahmet Davutoğlu Beşgünlük səfəri çərçivəsində Türkiyə baş diplomatı Konqress üzvləri, Ağ Ev rəsmiləri, Müdafiə və Dövlət Departamentinin rəhbərləri ilə müzakirə aparıb. “Ermənistan söhbəti” açılmayıb Konqresə 1915-ci hadisələrinin növbəti ildönümü ərəfəsində təşrif buyurmuş Türkiyə diplomatına son illərdə ilk dəfə olaraq ermənilərin soyqırım iddiaları və erməni-türk protokolları xatırladılmayıb. “Bu mövzuya ümumiyyətlə toxunulmadı”, deyib cənab Davutoğlu BBC-Azərbaycancaya açıqlamasında. “Türkiyə olaraq mövqeyimiz ortadadır. Biz Fransa parlamentində qəbul olunmuş ədalətsiz qərarın dövlət katibi Hillari Klinton tərəfindən pislənilməsini alqışlamışıq”. Nazirin təbirincə, tarixin siyasətçilər tərəfindən “çək-çeviri” nə Türkiyə-ABŞ, Türkiyə-Fransa və Türkiyə-Ermənistan münasibətlərinə, nə də Qafqazda sülh təşəbbüslərinə fayda gətirər. Cəmi bir il öncə ABŞ ermənilərinin təsiri altında Konqresin Nümayəndələr Palatasında “Soyqırım aktı”nın səsverməyə çıxarılması Türkiyə ilə ABŞ arasında münasibətlərini az qala pozulma həddinə qədər gərmişdi. Sonradan Administrasiyanın müdaxiləsi ilə sənəd gündəlikdən çıxarıldı. Bununla yanaşı, 1915-ci il hadisələrinin qeyd olunduğu 24 Aprel tarixi yaxınlaşdıqca, bir neçə ermənipərəst konqresmen “Soyqırım aktı”nın Namayəndələr Palatasına qaytarılmasına çalışırlar. Öz növbəsində cənab Davutoğlu Türkiyə diplomtiyasının erməni mövzusunda ABŞ-da narahatlıq keçirmədiyini bildirib. “Bu məsələnin Damokl qılıncı kimi əldə saxlamağın heç kəsə faydası yoxdur”, deyib cənab Davutoğlu. Qonşularla “sıfır problem” kursu dəyişmir Ancaq Vaşinqtona ziyarət Türkiyənin baş diplomatına ölkəsinin xarici siyasətinin son prioritetlərini qabartmaq fürsəti yaradıb. Cənab Davutoğlu əsasən beş prinsipi qeyd edib: “Azadlıq” və “sabitlik” arasında balansın qorunması, Qonşularla sıfır problem kursuna sədaqət, Avropa Birliyinə üzvlük, çoxşaxəli diplomatiya və regional sülhə töhfə. Türkiyənin xarici siyasətinin "beş"liyi “Azadlıq” və “sabitlik” arasında balansın qorunması Qonşularla sıfır problem kursuna sədaqət Avropa Birliyinə üzvlük Çoxşaxəli diplomatiya Regional sülhə töhfə Diplomatın təbirincə, Türkiyənin heç bir qonşusu ilə problemi yoxdur, Suriya ilə narazılıqlar isə o ölkədə daxili vəziyyətə görə yaranıb və bunun məsuliyyətini qarşı tərəf daşıyır. Ərəb baharı “riskləri” Buna baxmayaraq, ötən il Yaxın Şərqdə tüğyan etmiş inqilablar dalğası Türkiyə diplomatiyasını da riskə salıb, deyib Davutoğlu. Belə ki, Misirdə iqtidarla müxalifət arasında gərginliyin qızğın dövründə Ankara açıq şəkildə o zamankı prezident Hüsnü Mübarəkə “get” çağırışı edib.. “Bu, indi çoxlarına asan görünür, ancaq o dövrdə Türkiyə diplomatiyası olduqca ağır risk altına girdi”, deyib nazir. Cənab Davutoğlunun təbirincə, Ərəb ölkələrində bir-birinin aldınca baş verən dəyişikliklər “xaraktercə ayrı olsa da, mahiyyətcə eynidirlər”. Suriya planları... Ötən həftə BMT Təhlükəsizlik Şurasında Suriyaya dair qətnamənin Rusiya ilə Çin tərəfindən əngəlləməsi də Davutoğlunun Vaşinqtonda müzakirə etdiyi əsas mövzulardan olub. “Biz vaxt itirə bilmərik. BMT-də nail ola bilmədiyimiz nəticəni qarşıdakı konfransda əldə etməliyik ”, deyib nazir Fevralın 24-də Tunisdə keçriləcək “Suriyanın Dostları” konfransına işarə edərək. Onun təbirincə, ABŞ, Türkiyə və digər müttəfiq ölkələr Suriya mövzusunda “eyni nöqtədən vururlar”, indi qalır sözdən işə keçmək - əməkdaşlığı beynəlxalq platformaya çevirə bilmək. "Biz düşünürük ki, tərəflər hətta lazım gələrsə günlərlə bir otaqda oturub problemi danışaraq həll etməlidirlər. Hərbi müdaxilə isə yolverilməzdir" Ahmet Davutoğlu “Hazırda bir nömrəli məsələ regionda humanitar faciəyə yol verməmək və insani yardımlarımızı davam etdirməkdir. Növbəti addımlarımız qarşıdakı mərhələdə müəyyənləşəcək. Ümid edirik, beynəlxalq aləm Suriyada baş verənlərə biganə qalmayacaq”, deyib cənab Davutoğlu. İran müəmması İran mövzusu da Türkiyə-ABŞ müzakirələrinin ana xəttini təşkil edib. BMT sanksiyalarına baxmayaraq, Ankara Tehranla ticarətini məsələn, neft –qaz sahəsində davam etdirir. Davutoğlunun təbirincə, problemin həll açarı nə hərbçilərdə, nə də iqtisadçılardadır, açar siyasətçilərdədir, belə ki, Qərb və İrannın nüvə mövzusuna yanaşmasında fərqlər “olduqca sadədir”, sadəcə, dialoqa ehtiyac var. “Qərb deyir nüvə silahı olmasın, İran iş deyir, sülh məqsədli avadanlıq hamı kimi, onun da haqqıdır. Biz düşünürük ki, tərəflər hətta lazım gələrsə günlərlə bir otaqda oturub problemi danışaraq həll etməlidirlər. Hərbi müdaxilə isə yolverilməzdir”, deyib Türkiyənin baş diplomatı.
Bu haber 241 defa okunmuştur.
|
|
||||||||
|
Can Azerbaycan Televizyonu Tasarım ve Hosting: Frekans Bilişim |
||||||||||