![]() | ||||||||||
| ||||||||||
| ||||||||||
HABER ARAEN ÇOK OKUNANLAR |
Səftər Rəhimli: Azərbaycan tarixi ədalətsizliklər səbəbilə ortadan bölünüb və parçalanıb
Azərbaycanın tarixi ərazilərində Azərbaycan adına yaranan dövlətlər hər hansı bir bölgəni deyil, bütöv Azərbaycanın adına yaranıb. Bu sözləri Dünya Azərbaycanlıları Konqresi İdarə heyətinin üzvü və Azərbaycan nümayəndəliyinin rəhbəri, politoloq Səftər Rəhimli Azərbaycanın adının dəyişdirilməsi ilə bağlı səslənən fikirləri şərh edərkən bildirib. “Azərbaycanın Milli Məclisində zaman–zaman bu fikrin səsləndirilməsi və müzakirə olunması təbiidir. Azərbaycanın tarixi ərazilərində Azərbaycan adına yaranan dövlətlər hər hansı bir bölgəni deyil, bütöv Azərbaycan adına yaranmışdır. Baxın, 1918-ci ildə Azərabaycan Demokratik Respublikası, 1946-cı ildə Təbrizdə Azərbaycan Milli Hökuməti, 1991-ci ildə isə Azərbaycan Respublikası adlanıb. Ona görə, Azərbaycan tarixi ədalətsizliklər səbəbilə ortadan bölünüb və parçalanıb. Bizim dünyaya parçalanmış bir millət olmadığımızı çatdırmaq üçün bütün variantlardan istifadə etməyimizdə xeyir var. Lakin, tarixən xüsusəndə keçən əsrdə meydana gələn Azərbaycan dövləti bütün Azərbaycanlıların dövləti adından yaradılıb. Azərbaycanlıların dünyanın hansı bölgəsində yaşamasından asılı olmayaraq, haqq və hüquqlarının qorunması istiqamətində öhdəlik götürüb”, deyə politoloq qeyd edib. S.Rəhimli xüsusilə, dünya və bölgəmizdə baş verən siyasi gəlişmələri nəzərə alaraq bildirib ki, Azərbaycan dövlətinin adının dəyişdirilməsi məsələsi bu günün şərtlərinə uyğun olmasa da, Azərbaycan MM-də bu istiqamətdə fəaliyyət göstərmək açan xüsusi komissiyaların yaradılmasını təklif edir. ”Bu, komissiyaların əsas fəaliyyətinə misal dünyada yaşayan azərbaycanlılar, xüsusilə Dərbənd, Borcalı, Güney Azərbaycanda tarixi ədalətsizliklərdən dolayı öz tarixi yaşayış ərazilərində qalmış milli birlik və bütövlüyünü itirmiş xalqımızın hüquqlarının qorunması istiqamətində calışmaların aparılmasıdır. Beynəlxalq embarqoların günü- gündən artırılması və infliyasiyanın son həddə çatması ilə xalqın sosial vəziyyətinin dözülməz hala gəlməsi, 40 milyondan çox Azərbaycan türkünün yaşadığı Güney Azərbaycan ərazisində azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində hüquqlarına nail olunması istiqamətində calışmaların aparılması aid ola bilər. Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı Tehran rejiminin qanunsuzluqlarının qarşısının alınması istiqamətində beynəlxalq təşkilatlar, diplomatik korpuslar və nüfuzlu dövlətlərin parlamentlərdə məsələlər qaldıraraq xalqımızın milli mənafeyinə uyğun qərarların alınmasına nail olmaq istiqamətində fəaliyyət göstərməklə uğurlu nəticələr əldə etmək olar”, deyə politoloq bildirib. Elnur Eltürk
Bu haber 287 defa okunmuştur.
|
|
||||||||
|
Can Azerbaycan Televizyonu Tasarım ve Hosting: Frekans Bilişim |
||||||||||