![]() | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
HABER ARAEN ÇOK OKUNANLAR |
Ana Dili Günü ilə bağlı AFİ Stokholmda və Göteborgda seminar keçirəcək
Güney Azərbaycanda 35 milyon türkün Ana dili İran İslam rejimi tərəfindən yasaqdır! Bilidiyiniz kimi, hər il 21 fevral YUNESKO xətti ilə dünyada Ana Dili Günü qeyd edilir. Bu gün özəlliklə, Güney Azərbaycan türkləri üçün böyük önəm daşıyır. Güney Azərbaycanda ana dilində təhsil almağa yasaq qoyulub və bu haqqı müdafiə edənlər ağır təzyiqlərə məruz qalırlar. Elə buna görə, İsveçdəki Azərbaycan Federasiyası AFİ Beynəlxalq Ana Dili Gününüə çox böyük önəm verir və ənənəvi olaarq hər il bu Ana Dili ilə bağlı ayrı-ayrı tədbirlər keçirir. Bu il də, yəni, 2012-ci il fevralın 21-I Ana Dili gününə həsr olunmuş seminar keçirəcək. Seminarda çıxış üçün iki azərbaycanlı alım, Azərbaycandan filologiya elmlər namizədi Əli Əliyev və AğalarMəmmədov Fəlsəfə elmləri üzrə fəlsəfə doktoru (Ph.D) dəvət olunmuşdurlar. Seminar bu movzuları:
-Azerbaycan türkcəmizin tarixi inkişafı haqqında qısa məlumat (eyni zamanda dilimizin tarixi inkişaf mərhələsi) - Azərbaycan Demokratik Cumhuriyyəti və 1945-1946 Güney Azərbaycan Milli hökumətində Ana dili(tarixi materialların analizi əsasında) - Güney Azərbaycanda ana dili təhsili problemləri- Azərbaycan türkcəmizi necə inkişaf etdirməli? - Arxiv sənədlərinin nümayişi
"Dil felsefesi". "Ana dilimizin geleceyi Rafiq Taginin oldurulmesi ile bagli danışıq.
Əli Əliyev Əli Məmmədbağır oğlu Əliyev, filologiya elmləri namizədi, 1955-ci ildə Nefçala rayonunun Qədimkənd kəndində anadan olmuşdur. 1976-1982 Baki Dovlet Universiteti Filologiya fakultesini bitirmishdir. 1988-ci ildən Əlyazmalar İnstitutunda işləyir. Elmi fəaliyyəti əsasən institutun xəzinəsində saxlanılan yazılı abidələrin paleoqrafik və tekstoloji tədqiqi, onların transfoneliterasiya edilib nəşrə hazırlanması ilə bağlıdır. Apardığı elmi araşdırmaların nəticəsi olaraq 1997-ci ildə «XVII əsr Azərbaycan əlyazma kitabı (paleoqrafiya və mətnşünaslıq məsələləri)» mövzusunda dissertasiya yazıb müdafiə etmişdir. Fəaliyyəti ərzində Mir Möhsün Nəvvabın, Mir İbrahim Ağamirzadənin, Mirzə Yusif Qarabağinin, Məşhədi Hilal Kazımovun, Dadaş Rzazadənin əsərlərini nəşr etdirmiş folklor abidələri üzərində işləyərək «Bəxtiyarnamə» dastanını və «Türk əlyazmaları kataloqu»nun folkloru əhatə edən birinci cildini nəşrə hazırlamışdır.
Bakı / Azərbaycan
Bu haber 258 defa okunmuştur.
|
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Can Azerbaycan Televizyonu Tasarım ve Hosting: Frekans Bilişim |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||