![]() | ||||||||||
| ||||||||||
| ||||||||||
HABER ARAEN ÇOK OKUNANLAR |
Stokhomlda Azərbaycan gecəsi
Siz nə bilirsiniz Quzey və Güney Azərbaycan haqqında? Biz İsveç ictimaiyyətinə Bütöv Azərbaycan haqqında hərtərəfli məlumat çatdırmağı nəzərdə tutduğumuz bir gecə hazırlayırıq. Həmin gecədə Azərbaycanın Quzey və Güneyi haqqında məlumat verildikdən sonra terroris müsəlmanlar tərəfindən öldürülmüş Azərbaycan yazıçısı Rafiq Tağının xatirəsi yad edilib, haqqında məlumat veriləcək. Daha sonra proqramda azərbaycanlı yazar Eluca Atalının yaradıcılıq nümünələri ilə isveçli oxucular tanış olacaq, birgə Azərbaycan musiqisinə qulaq asacaq və rəqslərimiz oynanılacaq. Vətənimzin hər iki tərəfini özündə əks etdirən video film nümayişi də nəzərdə tutulub. Fasilədə çay, kofe və evdə hazırlanmış Azərbaycan şirniləri gecədəki iştirakçılara təqdim olunacaq. Həm də bu gecədə ölkəmiz haqda kitab, bülletenlərin sərgiləndiyi xüsusi stollar nümayişi ilə yanaşı, Azərbaycanın qədim milli geyimləri sərgilənəcək. Tədbir Botkyrka Bələdiyyəsinin təşəbüssü ilə hazırlanır və bu bələdiyyənin nəzdində olan Hallunda kitabxanasında keçiriləcək. Mədəniyyət şöbəsi Azərbaycan gecəsinin afişasını isveç dilində hazırlayıb. Kitabxana və mədəniyyət evlərinə yayıb, gecə haqda mediyaya məlumat və dəvət göndərilib. Botkyrka bələdiyyəsinin idarə heyətindən siyasətçilər, Qırmızı Xaçdan bir neçə təmsilçi və bu bələdiyyədə yayılan qəzetlərdən jurnalistlər iştirak edəcəklərini bildiriblər. Elə buna görə də Azərbaycan gecəsi iki dildə -- Azərbaycan türkcəsi və isveç dilində olacaq. Qeyd edirik ki, kitabxananın yaxınlığında Erməni—Assuri cəmiyyəti yerləşir. Kitabxanada keçirilən bütün tədbirdə yaxından iştirak etdikləri üçün güman eidrik ki, Azərbaycan gecəsində də onlar iştirak edəcəklər. Elə bu səbəbə görə, bu gecədə hamımızın fəal iştirakını milli vəzidə hesab edirik. Tarix: 15 mart 2012-ci il Zaman: saat 18:00-dan 20:00-dək
Məkan: Hallunda mərkəzinin (sentirum) yaxınlığında yerləşən Hallunda kitabxanası e-mail: elucaatali@hotmail.com Bütöv Azərbaycan Komitəsi Bu haber 213 defa okunmuştur.
|
|
||||||||
|
Can Azerbaycan Televizyonu Tasarım ve Hosting: Frekans Bilişim |
||||||||||