![]() | ||||||||||
| ||||||||||
| ||||||||||
HABER ARAEN ÇOK OKUNANLAR |
İRAN PARLAMENTİNİN ARAŞDIRMALAR MƏRKƏZİNİN RƏHBƏRİ İNTERNET MƏHDUDİYYƏTİNƏ ETİRAZ EDİB
İran parlamentinin Araşdırmalar Mərkəzinin rəhbəri, deputat Əhməd Təvəkküli ölkədə internet fəaliyyətinə qoyulan məhdudiyyətlərə, saytların bağlanmasına kəskin etiraz bildirib. Son günlərdə “Yahoo”, “G-mail” və “Hotmail” saytlarında yaradılmış elektron poçtlara İrandan girişə məhdudiyyət qoyulub. Bəzi başqa xarici saytlar isə tam qapadılıb. İnternet fəaliyyətindəki bu maneələr müxalifətin xalqı fevralın 14-də səssiz yürüşə çağırmasından bir neçə gün sonra başlanıb.
“Media forum” saytının məlumatına görə, Əhməd Təvəkküli deyib ki, saytlara süzgəcin bu formada qoyulması, vətəndaşlara isə bu haqda hər hansı ağlabatan cavab verilməməsi milyonlarla ali təhsilli vətəndaşın narahatlığına səbəb olub: “İnternetə bu şəkildə süzgəc qoyulması mərdimazarlıqdan başqa bir şey deyil. Bu hərəkət sistemə ağır başa gələcək. Bunun kökündə təhlükəsizik məsələləri durursa belə rəsmilər şəffaf şəkildə xalqa izah verməlidirlər. Yalnız belə olduqda insanların hakimiyyətə etimadını qoruyub saxlamaq olar”. İran müxalifətinin bir ildir ev dustaqlığında saxlanan liderlərindən olan Mirhüseyn Musəvinin baş müşaviri Ərdəşir Əmir Ərcmənd fevralın 1-də jurnalistlərə açıqlamasında “yaşıl hərəkat” tərəfdarlarını fevralın 14-də səssiz yürüş keçirməyə çağırıb. Fevralın 14-ü Musəvinin həbsə salınmasının bir ili tamam olur. O, 2009-cu ildən İranda vüsət almış “yaşıl hərəkat”ın lideridir Bu haber 227 defa okunmuştur.
|
|
||||||||
|
Can Azerbaycan Televizyonu Tasarım ve Hosting: Frekans Bilişim |
||||||||||