![]() | ||||||||||
| ||||||||||
| ||||||||||
HABER ARAEN ÇOK OKUNANLAR |
İrandan Azərbaycan Respublikasının adının dəyişdirilməsi məsələsinə reaksiya...
Təbrizin millət vəkili Məsud Pezeşkiyan Azərbaycan Respublikasının (Cümhuriyyəti) adının dəyişdirilməsi məsələsinə toxunub. Pezeşkiyan İran parlamentində “İsna” xəbər agentliyinə bildirib ki, “mən onlara (Azərbaycan Respublikasının Milli Məclisdə adının dəyişdirilməsini təklif edən millət vəkillərini nəzərdə tutur) tövsiyə edirəm ki, sərhəd və məhdudiyyət yaratmaq yerinə, müsəlmanların vüsət və vəhdətini düşünsünlər.Ona görə ki, vüsət və vəhdət olduqda inkişaf da mümkün olur. Əgər İslam Ölkələri parça-parça olsalar, qüdrətli ölkələr onları daha rahat əzib və güclü qalmaq üçün xalq və qövmlərin mənafeini yox, öz mənafelərini təmin edəcəklər. Bütün bunların olmaması üçün bölgə ölkələri və müsəlmanlar müttəhid olmalıdırlar.” Qeyd edək ki, Azərbaycan xalqı İran rəsmiləri tərəfindən xoş səslənən fikirlərlə uzun illərdir tanışdır. Cənab Pezşkiyana soruşmaq lazimdir ki, “bu qədər müsəlman birliyinə can atan ölkə necə olur ki, 20 ildir müsəlman Azərbaycandan fasilə açıb, işğalçı qeyri-müsəlman Ermənistana yaxınlaşmaq üçün dəridən-qabığdan çıxır?! Yoxsa İran hökuməti düşünür ki, müsəlman birliyi islam torpağı olan Dağlıq Qarabağın işğalından keçir?! Xocalı soyqırımını yaradan faşist ölkəyə bütün sahələrdə yardım edən İranın, islam birliyindən danışmağa mənəvi haqqı çatırmı?!...” N.S http://www.gunaz.tv/aze/37/newsCat/1/newsID/51076-Irandan-Azerbaycan-Respublikasinin-adinin-deyisdirilmesi-meselesine-reaksiya.html
Bu haber 709 defa okunmuştur.
|
|
||||||||
|
Can Azerbaycan Televizyonu Tasarım ve Hosting: Frekans Bilişim |
||||||||||