CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

<Avropa Qarabağa dair yeni çözümlər verməyəcək>

<Avropa Qarabağa dair yeni çözümlər verməyəcək>

Tarih 10 Şubat 2012, 08:28 Editör Anar Memmedli

Aparıcı qərb təhlilçisi Avropa İttifaqının Dağlıq Qarabağ konfliktinin həlli yolunda konkrekt yeni çözümlər verəcəyi barədə şübhələrini dilə gətirib.

Beynəlxalq Böhran Qrupundan (International Crisis Group) Sabine Freizer Aİ-nın Bakı Ofisinin rəhbəri Roland Kobia ittifaqın konfliktin həllinə kömək etmək üçün yeni ideyalar təklif edəcəyi barədə fikirlərini şərh edib.

O, BBC Azərbaycancaya deyib ki, Aİ azərbaycanlılar və ermənilər arasında inam yaratmaqla məşğul olur, nəinki siyasi rol oynayır.

Freizer bildirir ki, o, gələn 18 ayda siyasi həldə heç bir addım gözləmir, çünki təkcə Azərbaycan və Ermənistanda deyil, həmçinin Qarabağ ətrafında müzakirələrdə iştirak edən ATƏT-in Minsk qrupunun həmsədrlərinin ölkələrində - Rusiya, Fransa və ABŞ-da seçkilər keçiriləcək.

O deyir ki, heç bir dövlət seçkilər zamanı siyasi hakimiyyətini Qarabağ məsələsi ilə müqayisədə risk altına qoymaz.

Etimadın artırılması

Sabine Freizer deyir ki, Aİ Dağlıq Qarabağ məsələsinin həllini tapmaqda böyük rol oynamaqda maraqlıdır, lakin o, bunu azərbaycanlı və ermənistanlı gənclər, jurnalistlər, alimlər və idmançılarının görüşünü maliyyələşdirmək və onları həvəsləndirməyə çalışır, nəinki siyasi razılıq əldə etməyə can atır.

“Aİ Minsk qrupunun baza prinsiplər sahəsində razılıq əldə etməsi cəhdlərini dəstəkləyirdi və əgər indi onlar yeni nəsə təklif edərlərsə mən təəccüblənərəm”.

"AB Minsk qrupunun baza prinsiplər sahəsində razılıq əldə etməsi cəhdlərini dəstəkləyirdi və əgər indi onlar yeni nəsə təklif edərlərsə mən təəccüblənərəm"

Sabina Fraiser, BKQ

Böhran Qrupunun Avropa üzrə proqram direktoru deyir ki, Aİ hazırda etimadın artırılması yaratma layihələri üzərində çalışır və belə işlərin maliyyələşdirilməsinin əsaslı genişləndirilməsini elan edə bilər.

Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Philippe Lefort ötən həftələrdə Azərbaycan və Ermənistana səfər etmişdi, lakin onun rəsmi Baki və Yerevanla görüşünün detalları açıqlanmayıb.

BBC Azərbaycanca Qarabağ məsələsinin həllində Aİ-nın cəhdləri barədə müsahibə etmək istəsə də, rədd edilib.

Yaxında irəliləyiş "ağlasığmazdır"

Sabine Freizer deyir ki, Qarabağ məsələsində əsaslı nailiyyət Azərbaycanda gələn ilin payızına nəzərdə tutulan prezident seçkilərindən əvvəl ola bilər.

Çünki bu il ərzində Rusiya, Ermənistan, Fransa və ABŞ-da seçkilər nəzərdə tutulur.

O düşünür ki, beş ölkədə keçiriləcək seçkilərə sərf edilən zaman azərbaycanlılar və ermənilər arasında əlaqələri gücləndirməyə sərf edilə bilər.

O bildirir ki, siyasi həlli tapmaq və razılığa gəlmək cəhdlərinin uğursuz olmasının əsas səbəbi Azərbaycan və Ermənistanın müvafiq liderlərinin siyasi iradələrinin çatışmazlığı ilə bağlıdır.

“Azərbaycan və Ermənistan əhalisində razılığa gəlmək məsələsində hazırlıq yoxdur”, Freizer deyir.


http://www.google.com.tr/imgres?q=sabine+freizer&um=1&hl=tr&sa=N&biw=1024&bih=677&tbm=isch&tbnid=ZiwI8IwLM-7QOM:&imgrefurl=http://en.trend.az/news/viewpoint/1618779.html&docid=C--uEJ2WBDk9UM&imgurl=http://en.trend.az/news_photos/Sabina_Freizer_231009.jpg&w=200&h=201&ei=ibg0T6DAGOqR0AXNrtyvAg&zoom=1&iact=hc&vpx=688&vpy=339&dur=535&hovh=160&hovw=160&tx=97&ty=91&sig=112994598724725282792&page=1&tbnh=152&tbnw=153&start=0&ndsp=15&ved=1t:429,r:8,s:0

Bu haber 329 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Qarabağ'la bağlı Xeberler

Əli Həsənov: Ermənilər Şuşa və Laçını Pavel Qraçovun dəstəyi ilə işğal ediblər

Əli Həsənov: Ermənilər Şuşa və Laçını Pavel Qraçovun dəstəyi ilə işğal ediblər Baş nazirin müavini Vladimir Putinin bu məsələdə obyektivlik göstərəcəyinə ...

Laçında itirdiklərimiz.

Laçında itirdiklərimiz. Laçın rayonu üzrə 33285 hektar meşə fondu torpaqları vardır ki, bunun da meşə ilə örtülü sah...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim