![]() | ||||||||||
| ||||||||||
| ||||||||||
HABER ARAEN ÇOK OKUNANLAR |
MUSƏVİ və KƏRRUBİNİN ÖVLADLARI XALQA MÜRACİƏT EDİB
İran müxalifətinin bir ilə yaxındır ev dustaqlığında saxlanan liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin övladları xalqa birgə açıq məktubla müraciət edib. edia forum” saytının məlumatına görə, məktubda Musəvi və Kərrubinin həbsinin beynəlxalq qanunlara zidd olduğu bildirilir: “Musəvi və Kərrubi qanuna zidd olaraq bir ilə yaxındır ki, həbsdə saxlanır. Onların bizimlə telefon əlaqələri məhdudlaşdırılıb, hər hansı əlaqəyə də güclü nəzarət edilir. Onlar bütün qanuni və insani hüquqlardan məhrum olunublar. Bitərəf qurumların valideynlərimizin sağlamlığına, yeməyinə və onlara verilən dava-dərmana nəzarət etməsinə imkan verilmir. Onların təhlükəsizliyi və harada saxlandığı ciddi şübhə altındadır. Onların həbsdə saxlanması ilə rəsmilərdən heç biri üzərinə öhdəlik götürmür, cavabdeh olmaq istəmir. Biz Musəvi və Kərrubinin ailə üzvləri olaraq onların həbsdə saxlanmasına kəskin etiraz edir, bu qanuna və insanlığa zidd hərəkətə son qoyulmasını tələb edirik. Valideynlərimizlə belə rəftar edənlər bilməlidirlər ki, bununla Musəvi və Kərrubinin milyonlarla insanın küçələrdə haqq-ədalət uğrunda səsləndirdiyi ideyalara və bu yolda şəhid verən, həbsə, işgəncəyə məruz qalan xalqa verdikləri dəstəyə zərrə qədər də xələl gətirə bilməyəcəklər. Biz haqq-ədalət və azadlıq tərəfdarı olan bütün insanlardan, o sıradan da ölkədə demokratiyanın bərqərar olunmasını arzulayan xalqımızdan istəyirik ki, Musəvi və Kərrubinin haqq tələb edən səsinin dünya ictimaiyyətinə çatdırılmasına yardım göstərsinlər”.
Bu haber 238 defa okunmuştur.
|
|
||||||||
|
Can Azerbaycan Televizyonu Tasarım ve Hosting: Frekans Bilişim |
||||||||||