![]() | ||||||||||
| ||||||||||
| ||||||||||
HABER ARAEN ÇOK OKUNANLAR |
İranda görülməmiş hadisə
İran prezidenti bir sıra məsələlərə aydınlıq gətirmək üçün parlamentə çağırılır İranın inqilab tarixində ilk dəfə olaraq prezident hökümət qarşısında hesabat üçün parlamentə çağırılıb. Belə ki, İranın qalmaqallı prezidenti Mahmud Əhmədinejat ölkədə düzgün iqtisadi siyasət yürütmədiyinə və digər məsələlərə görə parlamentdə çıxış etməli olub. Dövlət başçısının parlamentə çağırılması bir qrup deputatın vəsatəti əsasında həyata keçirilib. İran parlamentinin spiker köməkçisi Məhəmməd Reza Bahnoar deputatların Əhmədinejatdan bir sıra iqtisadi məsələlərə o cümlədən, Tehran metropoliteni və ictimai nəqliyyatı üçün xüsusi büdcəni təsdiq etməsinin səbəblərinə aydınlıq gətirməsini tələb etdiyini bildirib. Prezident eyni zamanda bir sıra məmurları vəzifədən azad etdiyinə görə parlament qarşısında cavab verməli olacaq. Əhmədinecəti açıqlamalı olacağı digər məsələlərdən biri də 2011-ci ildə vəzifədən azad etdiyi Kəşfiyyat naziri Heydər Moslehini vaxtından gec vəzifəyə qaytarması olub. Belə ki, Ali dini Lider Ayətulla Əli Xomneyi şəxsən İran prezidentindən Moslehinin vəzifəyə qaytarılmasını tələb etsə də, Əhmədinejat bu qərarı verməyə 11 gün tərəddüd edib. Prezident eyni zamanda İslam dininə uyğun qadın geyimlərinin təbliği məsələsinə nədən səhlənkar yanaşdığına görə sorğuya çəkiləcək. Qeyd edək ki, parlamentə çağırış məktubunun prezidentə 2 gün ərzində çatdırılacağı gözlənilir
Bu haber 292 defa okunmuştur.
|
|
||||||||
|
Can Azerbaycan Televizyonu Tasarım ve Hosting: Frekans Bilişim |
||||||||||