CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Cənubi və Şimali Azərbaycnada müxtəlif düşüncəli siyasi partiyalara, siyasi hərəkat və təşkilatlara müraciət

Cənubi və Şimali Azərbaycnada müxtəlif düşüncəli siyasi partiyalara, siyasi hərəkat və təşkilatlara müraciət

Tarih 07 Şubat 2012, 10:11 Editör Anar Memmedli

Beynəlxalq Azərbaycan Türkləri 1. FORUMU Təşkilat Komitəsinun, Güney ve Quzəy Azərbaycanın Siyasi hərəkat və təşkilatlara müraciətı

Cənubi və Şimali Azərbaycnada müxtəlif düşüncəli siyasi partiyalara, siyasi hərəkat və təşkilatlara müraciət
 
Dostlar,  Dünyanın müxtəlif ölkələrində 50 milyondan çox Azərbaycan Türkünün yaşaması bir faktdır.

Təəsüf ki, Millətimizin böyük əksəriyyəti, başqa millətlərin əsarəti altında yaşayır.
 
Sizlər millətimizin siyasi təşkilatları olaraq xalqımızın ən fədakar qismini özünüzdə ehtiva edirsiniz.
Hər bir partiya millətimizin mənfəətlərini öz siyasi baxışları ilə, doğru bildiyi yolla müdafiə etmək üçün mübarizə aparır.
Baxışlar fərqli olsa belə məqsədləriniz millətimizin daha firavan yaşaması, daha azad, daha müstəqil, daha demokratik, daha yüksək rifahlı bir ortamda yaşaması üçün hədəflənib.
Məqsədimiz bir olduqdan sonra millətimizin əsas mənfəəti üçün bir araya toplaşma şansımız var və bu mümkündür.

Bizcə millətimizin ən önəmli iki məsələsi vardır:
Birinci başqa millətlərin əsarəti altında yaşayan və millətimizin böyük əksəriyyətini təmsil edən, amma azad olmayan Azərbaycan türklərinin problemləri,
ikincisi isə işğal altında olan torpaqlarımızdır. 50 milyon Azərbayca türkünün Ana Vətəni olan Dövlətimiz Beynəlxalq aləmdə işğal altında olan torpaqların azad edilməsi uğrunda zəruri mübarizəni aparır.
Amma təəsüf ki, böyük hissəsi azad olmayan millətimizin mənfəətləri beynəlxalq aləmdə nəzərə alınmır və bu üzdən də lazımi səviyyədə müdafiə oluna bilmir.
 
Millətimizin təməl və önəmli problemlərini beynəlxalq platformada müdafiə edə biləcək, milli, demokratik, müasir, millətimizin hər təbəqəsinin təmsil olunduğu bir üst quruma, cəbhəyə ehtiyacı var.

Bu məqsədlə də bizlər "Milli Azərbaycan Konseyi"nin yaradılması qərarını verdik.
Bu təşkilatda, müxtəlif ölkələrdə  yaşayan Azərbaycan Türklərinin hər təbəqəsindən ziyalılarımızın, təşkilatçılarımızın, elm adamlarımızın, sənətçilarımızın, yazarlarımızın ... iştirak etməsinin zərurli olduğunu düşünürük.
 
Bu xüsusiyyətlərə sahib olan "Milli Azərbaycan Konseyi”nin yaradılması üçün, millətimizin hər təbəqəsindən insanlarının qatılacağı, "Beynəlxalq, Azərbaycan Türkləri 1. Forumu " adlı geniş tərkibli bir tədbirin keçirilməsi ilə bağlı qərar qəbul edilib.
 
 
Forum, 21-22 Aprel 2012 tarixində Türkiyənin İzmir şəhərində keçiriləcək.

·        Bu tədbirdə, özünü Türk hesab edən hər bir azərbaycanlı iştirak edə bilər.
·        Müraciətimiz hər kəsə ünvanlanıb.
·        Milli Konseyimiz, Qeyri-Hökümət Təşkilatı xarakterli olacaq.
·        Milli Konseyimiz, demokratik üsullarla yaradılacaq.
·        Milli Konseyimizin nizamnaməsi, ilkin idarə heyəti, demokratik üsullarla müzakirə ediləcək və son halı ilə bağlı qərarlar Forumda veriləcək.
·        Konseyimizdə, parçalara bölünmüş millətimizin hər parçasından nümayəndələrin iştirakı üçün əlimizdən gələni edirik.

Sizləri, millətimizin siyasi liderlərini forum çalışmalaraımızı dəstəkləməyə, iştirak etməyə, Azərbaycan Milli Konseyindəki seçimlərdə iştirak etməyə dəvət edirik.

Beynəlxalq Azərbaycan Türkləri 1. FORUMU
Təşkilat Komitəsi

Bu haber 496 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Güney Azerbaycan Forumu

<Uluslararası Güney Azerbaycan Türkleri Konseyi>ne seçilenlerin tam listesi

<Uluslararası Güney Azerbaycan Türkleri Konseyi>ne seçilenlerin tam listesi Listeyi Alfetik sırayla yayınlıyoruz

TƏBRİZLİ FƏAL TUTULUB

TƏBRİZLİ FƏAL TUTULUB Azərbaycan milli kimliyi uğrunda dinc mübariz Murtuza Əvəzpur tutulub.

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim