CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

XAMNEYİYƏ MƏKTUB YAZAN BLOQÇUYA 14 İL HƏBS VERDİLƏR

XAMNEYİYƏ MƏKTUB YAZAN BLOQÇUYA 14 İL HƏBS VERDİLƏR

Tarih 06 Şubat 2012, 17:09 Editör Günay Eltürk

İran Üləmalar Məclisinin iqtidaryönlü üzvü ayətullah Əbülqasım Xəzəlinin oğlu, gənc müxalif bloqçu Mehdi Xəzəli 14 il həbsə məhkum edilib.

İran Üləmalar Məclisinin iqtidaryönlü üzvü ayətullah Əbülqasım Xəzəlinin oğlu, gənc müxalif bloqçu Mehdi Xəzəli 14 il həbsə məhkum edilib. Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Mehdi Xəzəlini yanvarın 9-da iş yerindən çıxarkən tutub. Məhbəsdə 27 gün aclıq aksiyası keçirdiyinə görə mədəsində qanaxma əmələ gələn bloqçu bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi. “Media forum” saytının məlumatına görə, Tehran məhkəməsi Mehdi Xəzəlini bloqunda hakimiyyətə qarşı yazılar yaymaqda, hakimiyyətə qarşı təbliğatda və qanunsuz silah saxlamaqda günahlandıraraq 14 il həbsə, 10 il sürgünə və 90 şallaq zərbəsinə məhkum edib. Məhkəmənin qərarı ilə Mehdi Xəzəli həbs müddətini İranın Borazcan şəhərinin zindanında, sürgün müddətini isə elə həmin şəhərdə keçirməlidir. Mehdi Xəzəlinin vəkili Məhəmmədhüseyn Ağası jurnalistlərə açıqlamasında hökmdən apellyasiya şikayəti verəcəklərini bəyan edib. Xəzəlinin xanımı isə “Azadlıq” radiosunun fars redaksiyasına belə deyib: “Yoldaşımı əl-qolu şişib göyərmiş, dişləri sındırılmış şəkildə məhkəməyə gətirdilər. Onlar məni yoldaşımın məhkəməsinə buraxmadılar”. Hakimiyyəti və hökumət başçısı Mahmud Əhmədinejadı tənqid etdiyinə görə bir neçə dəfə həbsə salınan Mehdi Xəzəli 2011-ci ilin noyabr ayında da İranın dini lideri ayətullah Əli Xamneyiyə məktub yazaraq onu ətrafındakı yaltaqları özündən uzaqlaşdırmağa və cəmiyyətdəki reallıqlarla bitərəf mənbələrin vasitəsilə tanış olmağa çağırmışdı.

Bu haber 273 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

İran Xeberleri

TEHRANDA HİCAB TUTATUT

TEHRANDA HİCAB TUTATUT İranda polis qüvvələrinin hicabsızlığa qarşı əməliyyatları şiddətlənib.

İranda Azərbaycana qarşı etiraz aksiyaları keçirilib

İranda Azərbaycana qarşı etiraz aksiyaları keçirilib Cümə namazından sonra təşkil edilən yürüşlərdə Eurovisionun Bakıda keçirilməsinə...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim