CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Xaricdə yaşayan vətəndaşlarımız ve təşkilatlarımıza müraciət

Xaricdə yaşayan vətəndaşlarımız ve təşkilatlarımıza müraciət

Tarih 05 Şubat 2012, 21:07 Editör Anar Memmedli

Beynəlxalq Azərbaycan Türkləri 1. FORUMU Təşkilat Komitəsi, Xaricdə yaşayan vətəndaşlarımız ve təşkilatlarımıza müraciət ətti.

Cənubi və Şimali Azerbaycan'ımız xaricində fəaliyyət göstərən, Azərbaycan təşkilatlarının rəhbərləri və xaricdə yaşayan vətəndaşlarımıza müraciət. 
 
Dostlar, Azərbaycanın son yüz illik tarixində, vətənimizin parçalanması nəticəsində, millətimiz xüsusilə ziyalıların arasında olduğu, əhəmiyyətli bir seqmenti, dünyanın müxtəlif ölkələrinə dağıldılar və buralarda yaşamağa başladılar.


Bu gün təxminən 5 milyondan çox Azərbaycan Türkü dünyanın müxtəlif ölkələrində yaşayır.
Çox təəssüf ki, dəyişik ölkələrdə yaşayan soydaşlarımızın bir qismi, yaşadıqları ölkələrdə, müxtəlif səbəblərlə assimilyasiya olmaqda, yaşadıqları ölkələrin millətlərinə qarışıb, milli varlıqları sona çatmaqdadır.

.
Hər nə qədər daha əvvəl də, dünyanın müxtəlif ölkələrində teşkilatlarımız olmasına baxmayaraq, Şimali Azerbaycan'ımızın müstəqil bir dövlət olması sonrasında, xaricdə yaşayan soydaşlarımız içində, sizlər sayəsində, təşkilatlanma prosesi çox sürətli bir şəkildə inkişaf etmişdir.


Son 20 ildə teşkilatlarımızın qurulması və inkişafı mövzusunda ciddi inkişaflar olsa belə, teşkilatlarımız arasında bağların kifayət qədər güclü olmaması, təşkilatlanma anlayışlarımızın fərqliliyi, Cənubi və Şimali Azərbaycanlı soydaşlarımızın təşkilatları arasında kafi birlikdəliklər meydana gəlməməsi və buna bənzər səbəblərlə, istənilən birlik, bərabərlik və güc yaratılamamıştır.


Teşkilatlarımızın və teşkilatlanmalarımızın istədiyimiz səviyyədə güclü olmamasıyla əlaqədar olaraq, daha çox söz deyilə bilər, səhvlər ortaya qoyula bilər.
 
Dünyada ki sürətli siyasi və ictimai hadisələr, bizim daha güclü təşkilatlar yaratmamız, teşkilatlarımız arasında birlik yaratmamız, millətimiz içində birlik yaratmamız, bölünmüş, parçalanmış və əhəmiyyətli bir qisimi əsarət altında yaşayan millətimizin, milli və insani haqlarını beynəlxalq platformalarda savunabilecek, bütöv bir təşkilatı yaratmamız vəzifəsini , qarşımıza qoyur. 
Bu təşkilat, milli, müasir, qeyri-hökumət xarakterli, demokratik və parçalanmış Azərbaycan Türklərinin hər hissəsini təmsil edəcək bir cəbhə, bir üst qurul olaraq düşünülməkdədir.
 
Dünyanın müxtəlif ölkələrində yaşayan bir kısım milliyyətçi, diaspor fəalı, keçdiyimiz aylarda bir araya gələrək, yuxarıda göstərilən, ehtiyaclarımızı qarşılayacaq, "Milli Azərbaycan Konseyi" adlı bir təşkilat yaratmağa qərar vermişdir. "Milli konseyimiz, demokratik üsullarla yaratılmalıdır" düşüncəsiylə, bu konseyi yaratmaq
üçün 21-22 Aprel 2012 tarixində, Türkiyənin İzmir şəhərində "Beynəlxalq, Azərbaycan Türkləri 1. Forumu "adıyla bir yığıncaq etməyə qərar verilmişdir.
 
Hər biriniz yaşadığınız ölkələrdə, Azərbaycan Türk Millətinin xeyrinə müxtəlif sosial, siyasi və mədəni fəaliyyətlər edirsiniz.


Ancaq gün, dəyişik ölkələrdə yaşayan bizlərin, bir araya gəlib, güclərimizi birləşdirmə, millətimizin menfaattarını beynəlxalq platformalarda savunabilecek, teşkilatlarımız üstündə,  qeyri hökumət təşkilatı xarakterli, milli, bütöv bir təşkilat yaratma zamanıdır.
 
Sizləri, 21-22 Aprel 2012 tarixində Türkiyədə edəcəyimiz, forum işlərimizə aktiv olaraq iştirak etməyə, foruma qatılmağa, "Milli Azərbaycan Konseyi" ndə iştirak etməyə, millətimizin birliyini təmin etməyə dəvət edirik.

 

Beynəlxalq Azərbaycan Türkləri 1. FORUMU
Təşkilat
www.azerbaycanforumu.com

Bu haber 513 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Güney Azerbaycan Forumu

<Uluslararası Güney Azerbaycan Türkleri Konseyi>ne seçilenlerin tam listesi

<Uluslararası Güney Azerbaycan Türkleri Konseyi>ne seçilenlerin tam listesi Listeyi Alfetik sırayla yayınlıyoruz

TƏBRİZLİ FƏAL TUTULUB

TƏBRİZLİ FƏAL TUTULUB Azərbaycan milli kimliyi uğrunda dinc mübariz Murtuza Əvəzpur tutulub.

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim