CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Kanada İrana yeni sanksiyalar tətbiq edib

Kanada İrana yeni sanksiyalar tətbiq edib

Tarih 02 Şubat 2012, 09:13 Editör Günay Eltürk

Kanada 2012-ci il fevralın 1-də İrana qarşı yeni sanksiyalar tətbiq edib. APA-nın məlumatına görə, bu barədə Kanada xarici işlər naziri Con Beird mətbuata yazılı açıqlamasında bildirib

O, Kanadanın İranın mübahisəli nüvə proqramı ilə bağlı narahatlığının artdığını və ona görə də bu ölkəyə yeni sanksiyaların tətbiq edildiyini açıqlayıb: “İran İslam İnqilabı Keşikçiləri Korpusuna (“Sepah”) və İranın Mərkəzi Bankına bağlı olan beş şirkətə və 3 fiziki şəxsə - Əli Əşrəf Nuri (“Sepah” komandanının müavini), höccətülislam Əli Səidi (İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyinin “Sepah”dakı nümayəndəsi) və Əmirəli Hacızadəyə (“Sepah”ın Hava-Kosmik Qüvvələrinin komandanı) - sanksiya tətbiq edilib. Sanksiyaya məruz qalan şirkətlər və şəxslərin Kanadada olan əmlakı və bank hesabları dondurulub”.

Con Beird əlavə edib ki, İran nüvə silahı əldə etməyə çalışır və bu, beynəlxalq ictimaiyyətin ciddi narahatlığına səbəb olur: “İran bölgədə və dünyada sülhü təhlükəyə atır. Ona görə də Kanada İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün əlindən gələni əsirgəməyəcək”.

Qeyd edək ki, bununla da Kanadanın İrana bağlı olan və sanksiya tətbiq etdiyi hüquqi və fiziki şəxslərin sayı 52-yə çatıb

Bu haber 214 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Dünyadan Xeberler

Berlin'deki Azerbaycanlılar İran Büyükelçiliği Önünde Protesto Gösterisi Düzenledi

Berlin'deki Azerbaycanlılar İran Büyükelçiliği Önünde Protesto Gösterisi Düzenledi Almanya'nın başkenti Berlin'de yaşayan Azerbaycanlılar, İran'ın Güney Azerbaycan'da insan haklarını...

İran’ın Azerbaycan karşıtı politikaları Danimarka’da protesto edildi

İran’ın Azerbaycan karşıtı politikaları Danimarka’da protesto edildi Danimarka’da yaşayan Azerbaycanlılar, İran’ın Bakü’de bu hafta düzenlenecek olan Eurovision Şarkı Yarışması öncesin...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim