CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Jirinovski Azərbaycanı Rusiyaya birləşdirmək istəyir

Jirinovski Azərbaycanı Rusiyaya birləşdirmək istəyir

Tarih 02 Şubat 2012, 08:16 Editör Anar Memmedli

"Azərbaycan və Ermənistan Rusiyanın tərkibinə daxil olmaq istəməsə, Dağlıq Qarabağın müstəqilliyini tanıyacağıq"
"Ermənistan bizə Türkiyəyə təzyiq vasitəsi kimi lazımdır"

Rusiya prezidentliyinə namizəd, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin APA-nın Moskva müxbirinə müsahibəsi.

- Rusiya prezidenti seçiləcəyiniz təqdirdə Rusiyanın Azərbaycanla münasibətləri necə olacaq?
- Azərbaycanla Ermənistan Dağlıq Qarabağ məsələsini Rusiyasız həll edə bilməz. Ona görə də, təklif edəcəyəm ki, Azərbaycan və Ermənistan Rusiyanın tərkibinə Zaqafqaziya Federal Vilayəti kimi daxil olsunlar. Federal vilayətə başçılıq əhalinin say çoxluğuna görə Azərbaycana verilməlidir, başçının müavinləri isə ermənilərdən seçilə bilər. Əgər Azərbaycan və Ermənistan bu təklifi qəbul etməsə, Cənubi Osetiya və Abxaziya kimi Dağlıq Qarabağın da müstəqilliyini tanıyacağıq.

- Bu gün Rusiya dövləti Azərbaycanın ərazi bütövlüyün tanıyır.
- Biz tanımayacağıq. Əgər tanısaq, Ermənistanla münasibətlərimiz pozulacaq. Ermənistan bizə Türkiyəyə təzyiq vasitəsi kimi istifadə etmək üçün lazımdır. Azərbaycana Türkiyə mane olur. Əgər Türkiyə olmasaydı, Dağlıq Qarabağ problemi həll olunardı. Türkiyə nəhəng ölkədir, NATO üzvüdür. Onun güclü ordusu var. Ermənistan isə bizim sərhədimizi Türkiyə tərəfdən qoruyur. Ermənistan bizə bu səbəbdən lazımdır.

- Fransa Senatı “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsini qəbul edib. Belə bir qanunun Rusiyada qəbulu mümkündürmü?
- Fransa senatının qəbul etdiyi qərarı müsbət qəbul edirəm. Bizdə belə bir qanun yoxdur. Belə bir qanunun qəbulu haqda təşəbbüs irəli sürməklə Azərbaycan və Ermənistanı qıcıqlandırmaq istəmirik. Necə yaşamaq istəyirsinizsə, elə də yaşayın. Siz Sovetlər Birliyinin tərkibində yaxşı yaşayırdınız, çıxan kimi dava-dalaşa başladınız. Mən şərqşünasam, 20 il bundan qabaq da bu sözləri demişdim. İsraillə ərəblər arasında müharibə heç zaman bitməyəcək. Azərbaycan və Ermənistan arasında da həmçinin. Bu problemi yalnız və yalnız Rusiya həll edə bilər. İstəmirəm ki, Azərbaycanla Ermənistan arasında müharibə olsun. ATƏT-in Minsk qrupu, Fransa və başqaları heç bir zaman problemin həllinə kömək edə bilməyəcək. Biz Ermənistanı heç bir zaman tək qoya bilmərik. Çünki Türkiyə bizi birbaşa hədələyir. Türkiyənin “3-cü səhra ordusu” planından xəbəriniz var? Onlar bütün Qafqazı, Voroneji, Volqoqradı, Rostovu zəbt etmək istəyirlər. Biz buna imkan verə bilmərik.


http://www.azadliq.info/index.php?option=com_content&view=article&id=13018%3Ajirinovski-azrbaycan-rusiyaya-birldirmk-istyir&catid=351%3Aasagi-manshet

Bu haber 546 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Rusya xeberleri

Moskvada azərbaycanlı biznesmen öldürülüb

Moskvada azərbaycanlı biznesmen öldürülüb 53 yaşlı İlqar Cəbrayılov spirtli içki məhsullarının satışı ilə məşğul olurmuş

GİZLİ MOSKVA-İRƏVAN PLANLARININ ÜSTÜ AÇILDI

GİZLİ MOSKVA-İRƏVAN PLANLARININ ÜSTÜ AÇILDI Lavrovun səfərinin şok pərdəarxası İsrail kəşfiyyatının məlumatına görə, Rusiya...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim