![]() | ||||||||||
| ||||||||||
| ||||||||||
HABER ARAEN ÇOK OKUNANLAR |
MİRMÖVSÜM AĞA ZİYARƏTGAHINA QIŞDA DA AXIN VAR
Daimi ziyarətçilər arasında məmurlar, iş adamları, müğənnilər də az deyil Bakıda insanların ən çox üz tutduqları müqəddəs yerlərdən biri də Mirmövsüm Ağa ziyarətgahıdır. Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən ziyarətgaha demək olar ki, hər gün yüzlərlə insan üz tutur. Havaların soyuq keçməsinə baxmayaraq, hazırda da ziyarətə gələnlər var. Təmirdən sonra ziyarətgahın içərisinə ayaqqabı ilə girmək qadağandır. Möminlər üçün ayrıca namaz otaqları, yeməkxana, qurbangah, qonaq evi tikilib. İkimərtəbəli ziyarətgahda kişilər yuxarı, qadınlar aşağı mərtəbədə sıra ilə qəbrin başına dolanıb dualar və zikr edirlər. Kimisi ürəyində, kimisi pıçıltı ilə.
Qəbrin ətrafında niyyət məqsədilə xeyli qiymətli əşya - qızıl zəncir, qolbaq, saat qoyulub. Nəzir paylayanlar da çoxdur. Kimi də qurban kəsir. Hərənin öz niyyəti var. Diqqətimi yerlə sürünə-sürünə daşı öpən bir qadın çəkir. O, məzarı 7 dəfə dolanıb ağlaya-ağlaya dua edir, yalvarır. Kənara çəkilib oturandan sonra da göz yaşları dayanmır. Dərdinə şərik olmaq istəyirəm. Deyir ki, oğlu əsgərlikdən qayıtdıqdan sonra ağır xəstəliyə düçar olub: “Həkimlər xərçəng diaqnozu qoyub. İmkanım da yoxdur xarici ölkədə müalicəyə aparım. Balamı evləndirməyə hazırlaşırdım, belə oldu. Mən hardan biləydim”. Ağanın məqbərəsini dizin-dizin ziyarət edən 44 yaşlı Minayə xanım isə dedi ki, həbsdə olan gözünün-ağı qarası bir övladını ölkə prezidenti əfv edəndən sonra tez-tez ziyarətgaha gəlir. 25 yaşlı Şəfiqə adlı bir qadın övladı olmadığı üçün ziyarətə gəldiyini söylədi: “4 ildir ailə həyatı qurmuşam. Ailəm dağılmaq təhlükəsi ilə üz-üzədir. İmdad üçün bura gəlmişəm”. Adının çəkilməsini istəməyən 45 yaşlarında bir kişi isə dərdinin böyük olduğunu dedi: “Hansını deyim e. Qarın süfrə deyil ki, açıb hər şeyi deyəsən”. Məqbərənin içində şəkil çəkməyə icazə verilmədiyini deyən nəzarətçi bildirdi ki, ziyarətə gələnlərin sayında azalma müşahidə edilməyib: “Düzdür, hava şaxtalı olduğu üçün az adam gəlir. Amma Məhərrəmlikdə insanlar daha çox olub. İndi də gün ərzində 30-40 adam buranı ziyarət edir. Burada yığılan nəzirlər də ziyarətgahın təmirinə və sair işlərə yönəldilir”. Nəzarətçinin dediyinə görə, ziyarətgaha ölkənin hər yerindən zəvvarlar pənah gətirir: “Uzaq yerdən gələnlər üçün qonaq evi də var. Həmçinin tez-tez turistlər gəlir. Onlar bizim camaata baxır, başlarını bağlayır, dua edir, nəzir qoyurlar. Bəzən bizim qadınları başa salmaq olmur ki, ziyarətgaha daxil olarkən mütləq başlarını bağlamaq lazımdır. Ancaq əcnəbilər qayda-qanunlara daha yaxşı riayət edirlər. Vəzifəli şəxslər, məmurlar, iş adamları, müğənnilər ziyarətgahın daimi ziyarətçiləri sırasındadırlar. Niyyətləri həyata keçib gələnlər isə minlərlədir”. Onu da öyrəndik ki, ölkə başçısı İlham Əliyevlə xanımı Mehriban Əliyeva da bir neçə dəfə buranı ziyarət ediblər. Biz də Mirmövsüm Ağanın ruhuna salavat çevirib ziyarətgahdan çıxırıq... Günay MUSAYEVA Bu haber 172 defa okunmuştur.
|
|
||||||||
|
Can Azerbaycan Televizyonu Tasarım ve Hosting: Frekans Bilişim |
||||||||||