CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

<İRAN BAKININ MƏRKƏZİNDƏ HAKİMİYYƏTİ TƏHDİD EDİR>

<İRAN BAKININ MƏRKƏZİNDƏ HAKİMİYYƏTİ TƏHDİD EDİR>

Tarih 02 Şubat 2012, 08:09 Editör Anar Memmedli

APA-nın müxbiri araşdırma aparıb; ortaya çıxan maraqlı iddialara maraqlı da yorumlar var

“Bakının mərkəzində - Kazımzadə küçəsi, ev 31 ünvanında ölkə qanunvericiliyi İran tərəfindən kobud şəkildə pozulur”. APA-nın bu barədə yaydığı məlumatda iddia olunur ki, burada əhalinin - “Hüseyniyyə” məscidi kimi tanıdığı yerdə qanunvericiliyə zidd olaraq bəzi xarici vətəndaşlar, o cümlədən İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Seyid Əli Əkbər Ocaqnejad tərəfindən moizələr oxunur. Əslində bu yer İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin balansındadır. APA-nın xəbərində deyilir ki, agentliyin əməkdaşının apardığı müşahidələr nəticəsində məlum olub ki, Kazımzadə küçəsindəki tikili məscid olmasa da, faktiki olaraq İran vətəndaşlarının nəzarəti altında məscid kimi fəaliyyət göstərir. Burada oxunan moizələrdə isə hətta Azərbaycan hakimiyyəti təhdid edilir.

Bildirilir ki, APA-nın əməkdaşı “Hüseyniyyə”də çəkiliş aparmaq istəsə də, buranın yetkililəri sayılan İran vətəndaşları çəkilişə icazə verməyərək, bunun üçün İranın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Seyid Əli Əkbər Ocaqnejaddan icazə almağı məsləhət görüblər. Lakin ərazidə olan Seyid Əli Əkbər Ocaqnejad çəkilişə icazə verməyib, üstəlik, jurnalistin suallarını cavablandırmaqdan imtina edib.



APA “Hüseyniyyə”nin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) sorğu göndərib. DQİDK-dan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, “Hüseyniyyə” xüsusi mülkiyyət hüququnda alınmış torpaq sahəsində yerləşir: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət işləri üzrə müşaviri Seyid Əli Əkbər Ocaqnejada 29 aprel 2004-cü ildə göndərilmiş məktubda Mədəniyyət Mərkəzinin Bakı şəhəri, Kazımzadə küçəsi ev, 31 ünvanında xüsusi mülkiyyət hüququnda aldığı torpaq sahəsindəki ibadət yerinin İran İslam Respublikası vətəndaşlarının dini tələbatlarını ödəmək üçün istifadəsinə etiraz edilmədiyi bildirilib. Məktubda, ibadət yerində Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırmaqla, Azərbaycan vətəndaşı olan imam və ya axundun təyin edilməsi şərti qoyulub. Lakin bu ibadət yerinə Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırılmış imam və ya axund təyin olunmayıb. ”Hüseyniyyə"də dini ayinlərə İran İslam Respublikasının vətəndaşı rəhbərlik edir və Azərbaycan Respublikası vətəndaşlarının da ibadət etmələrinə şərait yaradılır. Bu iki fakt yuxarıda qeyd olunmuş razılaşmaya və ölkə qanunvericiliyinə ziddir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası qanununun 21-ci maddəsinə əsasən, İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasında təhsil almış Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər.



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Hüseyniyyə”də namazxananın fəaliyyətini tənzimləyən müvafiq qurumlara və şəxslərə dəfələrlə xəbərdarlıq edib, iradlarını bildirib. Məsələ nəzarətdə saxlanılır və müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir".
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən isə APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mövcud qanuna görə QMİ qeydiyyatdan keçmiş dini icmalara müvafiq dini vəzifələrə təyinatlar edir: “Adıçəkilən icma qeydiyyat üçün müraciət etmədiyi üçün ora təyinat da olmayıb”.
Qeyd edək ki, bir neçə gün öncə İran ərazisindən Azərbaycanın bir sıra dövlət və iqtidaryönümlü saytlarına xaker hücumları baş vermişdı. Azərbaycanın media ictimaiyyəti bu hadisəni İranın ölkəmizə qarşı kiber müharibəsi kimi qiymətləndirmişdi. Dövlətə yaxın KİV-lər isə hücumun İranın siyasi hakimiyyəti tərəfindən təşkil olunduğunu açıq yazmışdılar. Məsələ bundadır ki, Azərbaycanın informasiya vahidlərinə qarşı kiber hücumlar hələ də davam edir.
Müraciət etdiyimiz bir sıra ekspertlər isə düşünürlər ki, İrandan gələn xaker hücumlarının hədəfində olan əsas KİV-lərdən birinin - APA agentliyinin (bütövlükdə, APA qrup hədəfdədir-red.) bu xəbəri məhz virtual müharibə kontekstindən dəyərləndirilməlidir. Bu cür düşünənlər iddia edirlər ki, İranın dini liderinin Azərbaycandakı əsas adamı sayılan Seyid Əli Əkbər Ocaqnejadın fəaliyyətinə dair bu cür xəbər İranın kiber müharibəsinə qarşı assimmetrik cavabdır.

Xəbər xidməti

http://www.musavat.com/new/G%C3%BCnd%C9%99m/117022-%E2%80%9C%C4%B0RAN_BAKININ_M%C6%8FRK%C6%8FZ%C4%B0ND%C6%8F_HAK%C4%B0M%C4%B0YY%C6%8FT%C4%B0_T%C6%8FHD%C4%B0D_ED%C4%B0R

Bu haber 187 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Azerbaycan Respublukasından Xeberler

İran, Kuzey Azerbaycan Cumhuriyetimize niye saldırılarını artırdı?

İran, Kuzey Azerbaycan Cumhuriyetimize niye saldırılarını artırdı? Bu gün, Kuzey Azerbaycan Devletini, İran Fars Rejimi ve Ermeni saldırılarından korumak, onun güçlenmesi ve gelişmes...

Azərbaycan Prezidenti Türkiyəli həmkarı ilə görüşüb

Azərbaycan Prezidenti Türkiyəli həmkarı ilə görüşüb ABŞ-da işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şənb&#...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim