 |
|
|
|
|
|
|
Anasayfa » Dünyadan Xeberler
SURİYADA 11 İRANLI ZƏVVAR OĞURLANIB
01 Şubat 2012, 15:22 Günay Eltürk
Fevralın 1-də Suriyada 11 iranlı zəvvar oğurlanıb.
Bununla da son bir ayda Suriyada oğurlanan İran vətəndaşlarının sayı 29 nəfərə çatıb.
“Media forum” saytının məlumatına görə, naməlum silahlı şəxslər Hələb-Hemah istiqamətində hərəkətdə olan iranlı zəvvarların avtobusunu saxlayaraq 11 gənc zəvvarı tutub bilinməz istiqamətinə aparıblar. Tutulan həmin şəxslərin, eləcə də digər İranlı zəvvarların pulunun, pasportu və mobil telefonlarının götürüldüyü bildirilir. Hücumçuların kimliyi haqda məlumat yayılmayıb.
2011-ci il dekabrın 21-də Suriya prezidenti Bəşər Əsədə müxalif naməlum silahlı şəxslər Homs şəhərində 5 iranlını tutub bilinməz istiqamətə aparıblar. Dörd gün sonra Suriyada daha 2 iranlı oğurlanıb. Bu il yanvarın 26-da isə naməlum silahlı şəxslər Hələb-Dəməşq istiqamətində hərəkətdə olan iranlıların avtobusunu saxlayaraq 11 nəfər İran vətəndaşını oğurlayıblar.
Bəşər Əsəd hökumətinə qarşı mübarizə aparanlar İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) xarici əməliyyatlar üçün nəzərdə tutulan “Qüds” qanadının qüvvələrini Suriyada müxalifəti əzmək üçün hökumətə yardım göstərməkdə günahlandırır
Bu haber 227 defa okunmuştur.
 |
Dünyadan Xeberler |
 |
|
|
|
|
 |
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012 |
|
|
|
Can Azerbaycan Televizyonu
RSS Kaynağı |
Yazar Girişi | Yazarlık
Başvurusu
Tasarım ve Hosting: Frekans Bilişim
|