CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Vüsalə Mahirqızı: Xocalı qətliamının ildönümündə <hamımız azərbaycanlıyıq> deyib İstanbul küçələrində yürünməsini istəyirik

Vüsalə Mahirqızı: Xocalı qətliamının ildönümündə <hamımız azərbaycanlıyıq> deyib İstanbul küçələrində yürünməsini istəyirik

Tarih 01 Şubat 2012, 08:21 Editör Anar Memmedli

"APA-Group"un baş direktoru Türkiyənin "Bəngü Türk" telekanalının canlı yayınında danışıb

Bakı-APA. “APA-Group”un baş direktoru Vüsalə Mahirqızının bu gün “Hürriyyət” qəzetində yayımlanan ““Hamımız azərbaycanlıyıq” deyəkmi?” yazısı Türkiyədə də müzakirə olunur. APA-nın məlumatına görə, bu gün “Bəngü Türk” televiziyası bir neçə xəbər buraxılışında yazı ilə bağlı xəbər yayınlayıb. Telekanalın əsas xəbər buraxılışda isə Vüsalə Mahirqızı ilə canlı bağlantı yaradılıb.

Baş direktoru Fransanın soyqırımı inkar edənləri cəzalandırma qanununa Azərbaycanın etirazından danışıb. O bildirib ki, Türk dünyasının bu məsələ ilə bağlı öz etirazını bildirməsi çox normaldır: “Biz Azərbaycan və Türkiyə olaraq, qanunun Fransa Konstitusiya Məhkəməsində qəbul olunmasına qarşı iş aparmalıyıq, diaspor təşkilatlarımız daha çox etiraz ortaya qoymalıdır. Lakin mənim şəxsi düşüncəmə görə, bu qanunun Konstitusiya Məhkəməsi tərəfindən rədd edilməsi də o qədər real görünmür”.

V. Mahirqızı deyib ki, qanunun qəbul edilməsi ilə Fransa həm də ATƏT-in Minsk qrupu tərkibindəki fəaliyyətinə kölgə salıb və tərəfli mövqeyini ortaya qoyub: “Hətta indi Fransa Konstitusiya Məhkəməsindən qanunun geri dönməsi belə bizim bu mübarizəni dayandırmağımız üçün əsas deyil. Çünki bir neçə il sonra qondarma soyqırımın 100 illiyi gəlir. Həmin vaxt biz daha çox bu cür ədalətsizliklərlə qarşılaşacağıq. Ona görə də indidən birgə mübarizə aparmağımız, başqa ölkələrə belə yanlış qərar verəcəkləri təqdirdə qarşılarında bütöv türk millətini görəcəklərini göstərməliyik”.

V. Mahirqızı “Hamımız azərbaycanlıyıq” deyəkmi?” yazısında Xocalıda baş vermiş qətliamın 20 illiyində İstanbul küçələrində yürüməyi, Xocalıda bir soyqırım yaşanmasını dünyaya göstərməyi təklif etdiyini deyib: “Əminəm ki, hər iki dövlətin yetkililəri, qeyri hökumət təşkilatları belə bir yürüşün baş tutması üçün nə lazımsa, edəcəklər. Mən yazımla bunu çatdırmaq istədim ki, türkləri saxta soyqırım iddialarında ittiham edənlərə cəmi 20 il əvvəl baş vermiş vəhşəti çatdıraq. Cəmi bir neçə saat içində bir şəhər yer üzündən silindi, 2500-ə qədər dinc sakin öldürüldü, yaralandı, əsir alındı, 8 ailə yer üzündən taməmən silindi. Bunlar sənədli, faktlı, şahidli bir gerçəkdi. Bundan nə ermənilər qaça bilir, nə də onların yandaşları. Bu bizim, türkün gerçəyidi. İstədiyimiz odu ki, Xocalı qətliamının ildönümündə “hamımız azərbaycanlıyıq”, “hamımız xocalılıyıq” deyib yürüyək İstanbulun küçələrində və dünyaya türklərin gerçək yaşantılarını çatdıraq. Göstərək ki, biz soyqırımın nə demək olduğunu bilirik. İstəyirik ki, fevralın 26-da İstanbul küçələrində Xocalıda qətlə yetirilən uşaqların, anasının qucağında donmuş 8 aylıq körpənin, hamilə qadınların qarnından cırılıb çıxarılan yavruların şəkilləri ilə yürüyək, dünyaya nələr yaşadığımız göstərək. Dünya soyqırımın necə yaşandığını göstərək, görsünlər, bir də bu yandan baxsınlar, bir də bizi eşitsinlər”.

V. Mahirqızı deyib ki, bu prosesə digər türk respublikalarının və topluluqlarının qoşulması da çox müsbət ola bilər.

http://az.apa.az/xeber_Vusale_Mahirqizi:_%E2%80%9CXocali_qetliaminin__249644.html

Bu haber 169 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Türkiye Xeberleri

İran`ın Ankara Büyükelçiliği Önünde Protesto Gösterisi

İran`ın Ankara Büyükelçiliği Önünde Protesto Gösterisi Güney Azerbaycan Türkleri, İran'da kendilerine karşı uygulanan baskı ve tecrit politikalarını protesto etmek am...

Kırım Türkleri İzmir'de Anıldı

Kırım Türkleri İzmir'de Anıldı Kırım Tatar Türkleri, sürgünün 68'nci yılında İzmir'de bir törenle anıldı.

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim