CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Azərbaycanlı tələbələr Fransanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər

Azərbaycanlı tələbələr Fransanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər

Tarih 01 Şubat 2012, 08:18 Editör Anar Memmedli

iflis. Nizami Məmmədzadə - APA. Gürcüstan ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr və QHT nümayəndələri uydurma "erməni soyqırım"nı inkar edənlərin cəzalandırılması haqqında qanunun qəbuluna etiraz olaraq Fransanın Gürcüstandakı səfirliyinin binası qarşısında aksiya keçiriblər.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, azərbaycanlı gənclər Fransa prezidenti Nikola Sarkozinin əleyhinə gürcü, Azərbaycan və ingilis dillərində müxtəlif şüarlar səsləndiriblər. Sonra Gürcüstan Türkləri Konfederasiyasının sədr müavini Əsəd Əliyev Fransa Senatına ünvanlanan etiraz bəyanatını oxuyub.

Bəyanatda deyilir ki, bu qərar yalnız türklərin deyil, eyni zamanda Fransa vətəndaşlarının da azad düşüncə və ifadə azadlığının tapdanmasıdır: “Bu məsələ Fransa Senatının yox, tarixçilərin işidir. Qanun Fransa Konstitusiyasının 34-cü maddəsinə ziddir və Fransada təhsil alan dünya türklərinin təhsillərinin yarımçıq qalmasına səbəb olacaq. Qanun Cənubi Qafqazda sülhün və barışığın bərqərar olmasına da maneə törədəcək. Biz 600 min Gürcüstan türkləri adından bu yanlış qərara etirazımızı bildiririk. Biz, tədbirə qatılan 4 qeyri-hökumət təşkilatı, Fransanın Gürcüstanda keçiriləcək bütün tədbirlərini boykot etməyə qərar veririk. Etiraz aksiyalarımız yenə davam edəcək”.

Bəyanatın fransız və ingilis dillərinə tərcümə olunmuş mətni Fransa səfirliyinin nümayəndəsinə təqdim olunub. 

Bu haber 398 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Gürcistan Xeberleri

Ermənilər Şuşanın işğalının 20 illiyi münasibətilə Tiflisdə konsert təşkil edib

Ermənilər Şuşanın işğalının 20 illiyi münasibətilə Tiflisdə konsert təşkil edib Qruzinform agentliyinin rəhbərliyi tədbir təşkilatçılarının cəzalandırılmasını təl&#...

Gürcistan Parlamentosu`nda Yumruklu 'Soykırım' Kavgası

Gürcistan Parlamentosu`nda Yumruklu 'Soykırım' Kavgası Gürcistan Parlamentosu'nun 1915 olaylarıyla ilgili Ermeni iddialarının müzakeresini teklif eden milletvekili Dj...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim