CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

İstənilən halda 35 milyonluq Güney Azərbaycan türklüyü İranda milli gücdü

İstənilən halda 35 milyonluq Güney Azərbaycan türklüyü İranda milli gücdü

Tarih 31 Ocak 2012, 13:07 Editör Günay Eltürk

Müsahibi, şair-yazar Şirvanı Ədillidir.Müsahibi, şair-yazar ŞirvanıMüsahibi, şair-yazar Şirvanı

Şirvani bəy, Güney Azərbaycan Milli Hərəkatı İranda baş verəcək dəyişikliklərə hazırdırmı?



- “İran” adlanan dövlətdə şovinist (qatı millətçi) rejimin çox ciddi təzyiq və təqibləri nəticəsində bu gün orada milli hərəkatın təşkilatlanmasında ciddi əngəllər var. Oradakı təşkilatların əksəriyyəti gizli fəaliyyət göstərir. Leqal (qanuni, hüquqi) fəaliyyət göstərən təşkilatlar isə əsasən xaricdə-Qərb ölkələrində və respublikamızdadır. Şüurlarda isə, fars rejiminə qarşı etiraz və nifrət həmişə var. Heç kim “İran” adlanan dövlətdə fars şovinizmini, milli haqlarımzın taptandığını görməyə bilməz. Şovinist rejimin siyasəti sərtləşdikcə, insanlarda daha çox nifrət və etiraz doğurur. Ona görə də xalqımız hər an ayağa qalxmağa hazırdır. 2006-cı il may hadisələri də bunu sübut edti. Təşkilatlanma və təbliğat isə milli hədəflərimizi düzgün müəyyən etmək və qüvvəmizi düzgün istiqamətə yönəltmək üçün zəruridir. Bu isə ziyalıların, siyasi elitanın (noxbələr) vəzifəsidir. İnqilablar adətən gizli yetişir, müəyyən tarixi məqamda isə birdən-birə baş verir və çoxları üçün gözlənilməz olur.

- Sizcə, İranda Azərbaycan türklərinin iştirakı olmadan hansısa dəyişikliklərin olması mümkündürmü?

-Tarix sübut edir ki, bu mümkün deyil. Türklər “İran” adlanan ərazinin həm dövlətçilik, həm də mədəniyyət tarixində mərkəzi yerdə dayanmışdır. Buranın ən qədim mədəniyyəti türk tayfalarının adı ilə bağlıdır. Burada ilk böyük dövləti – Midiya (maddlar) imperatorluğunu türklər qurub. Əhəmənilər (həxamənişlər), Sasanilər, Ərəb xilafəti və Büveyhilərin hakimiyyət dövrü istisna olmaqla 1925-ci ilə qədər bu ərazilər türk sülalələri tərəfindən idarə olunub. XIX əsrin sonu XX əsrin əvvəlində Qacarlar dövlətində modernləşmə, maarifçilik və milli-demokratik hərəkat – məşhur “Məşrutə” hərəkatı Azətbaycan türklərinin adı ilə bağlıdıır. 1979-cu il inqilabında da aparıcı qüvvə məhz Azərbaycan türkləri olmuşdur. Bu gün də İranda rejimi dəyişmək istəyən dünya gücləri bunu Güney Azərbaycan Milli Hərəkatından kənar həyata keçirmək istədikləri üçün həmin dəyişiklik gecikir.

-Nə etməliyik ki, beynəlxalq güc mərkəzləri İranda baş verə biləcək dəyişikliklər fonunda (zəminində) Güney Azərbaycanı milli güc olaraq qəbul etsinlər?



-İstənilən halda 35 milyonluq Güney Azərbaycan türklüyü İranda milli gücdür. Beynəlxalq güc mərkəzləri də bunu bilir. Sadəcə olaraq onlar İranın nə parçalanmasını, nə də yenidən bir türk dövlətinə çevrilməsini istəmədiklərindən milli hərəkata da dəstək vermək istəmirlər.

Tarixdən məlumdur ki, hələ Qacarların dövründən bu dövlət imperialist dövlətlərin, əsasən də İngiltərənin iqtisadi təsiri altında olub. Ölkəni bu asılılıqdan azad etmək, türk dilinin mövqeyini yüksəltmək, İran-Qacar dövlətini müstəqil və demokratik bir türk dövləti kimi formalaşdırmağı hədəf götürmüş 1905-11-ci illər “Məşrutə” hərəkatı qələbə çaldıqdan sonra bundan qane olmayan imperialist Rusiya və İngiltərə bu hərəkatı süquta uğratdılar və ölkəni təsir altında saxlamaq üçün ikinci xalq olan farsları hakimiyyətə gətirdilər. Fars şovinistləri isə ölkədə hakimiyyəti saxlamaq üçün imperialist dövlətlərdən asılılığı qəbul etdilər. 1979-cu il inqilabına qədər fars şovinizmi İngiltərə və Amerika Birləşmiş Ştatlarına (ABŞ) arxalanırdısa, bu inqilabdan sonra isə Rusiya və Çinə arxalanır.

Maraqlıdır ki, I və II dünya müharibələri dövründə İran ərazisi Amerika Birləşmiş Ştatları, İngiltərə və Rusiyanın tam mənada hərbi və iqtisadi təsiri altında olmasına baxmayaraq bu dövləti parçalamayıblar. Görünür onu bütöv şəkildə təsir altında saxlamaq və yararlanmaq daha əlverişlidir. Ona görə bu gün də onun parçalanmasını istəmirlər. Aydındır ki, Qərbin, ilk növbədə də ABŞ-ın əsas marağı iqtisadi maraqlardır. Eyni zamanda İranı Rusiyanın təsirindən çıxarmaq. Dəyişiklikləri isə Qərb demokratiya və insan haqları bayrağı altında həyata keçirməyə çalışır. Bu prinsiplər (ilkə, əsl) şovinizmlə heç cür bir araya sığmasa da, bu gün Qərb, o cümlədən ABŞ İrandakı fars şovinizminə biganədir. Bunu başa düşmək olar. Axı pəhləvilərin dövründə İranı iqtisadi təsir altında saxlamaq üçün fars şovinizmi ABŞ üçün bir vasitə olub. Lakin bu gün Qərbi inandırmalıyıq ki, insan haqlarının, demokratik dəyərlərin qlobal (kürəsəl) səviyyədə qəbul olunduğu, milli hərəkatların və milli şüurun formalaşdığı bir dövrdə fars şovinizmini və onun son yüz illik fəaliyyətinin nəticələrini saxlamaqla burada heç bir yeniliyə nail olmaq mümkün deyil. Biz dünya ictimaiyyətinə İranla bağlı ilk növbədə milli məsələni və o cümlədən fars şovinizminin mövcudluğunu ön plana çəkməli, rejimin şovinist sifətinin onun dini təriqətçiliyi, terrora dəstək verməsi, nüvə silahı hazırlaması və s. arxasında qalmasına imkan verməməliyik.



Söhbətləşdi: Elnur Eltürk

Bu haber 321 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Müsahibe

İrana heç bir hərbi müdaxilə olmasa belə...

İrana heç bir hərbi müdaxilə olmasa belə... Ilham İsmayılov: "Azərbaycan türklərinin milli mücadiləsi mövcud rejimin sonunu gətirəc...

İlhan Aşkın: <Azərbaycana münasibətimiz şəxslərə görə deyil>

İlhan Aşkın: <Azərbaycana münasibətimiz şəxslərə görə deyil> Hollandiya Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin rəhbəri, bu ölkənin D...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim