CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Eurovision  milli seçiminin sonuncu yarımfinalçısı məlum oldu

Eurovision milli seçiminin sonuncu yarımfinalçısı məlum oldu

Tarih 30 Ocak 2012, 10:05 Editör Günay Eltürk

Bu Arzu İsmayılovadır

"Eurovision" Mahnı Müsabiqəsi 2012-də Azərbaycan təmsilçisinin müəyyənləşməsi üçün keçirilən Milli Seçimlərin 8-ci həftəsi başa çatıb. Yanvarın 23-də İctimai Televiziyanın efirində start götürən Milli seçimlərin sonuncu həftəsinin qalibi səs çoxluğu ilə Arzu İsmayılova olub.

SMS və münsiflər heyətinin səsverməsi ilə həftənin 2-si Zaur Əmiraslanov, 3-sü Ülvi Rəşidov, 4-sü Ülkər Quliyeva, 5-si Rinat Alimov, 6-sı Əli Məmmədli, 7-si Abbas Kərimli, 8-si “Caspian Dremers” qrupu, 9-su Tofiq Hacıyev olub.

Sonuncu həftənin xüsusi qonağı qismində "Eurovision 2011"in qaliblərindən Eldar Qasımov çıxış edib. Eldar Qasımov Milli Seçimlərin iştirakçılarına uğurlar arzulayıb: “Biz Nigarla səhnədə öz istedadımızı göstərdik və bütün Avropa səmimiliyimizi duydu. Təmsilçimiz kim olursa, olsun, həmvətənlərimi onu dəstəkləməyə çağırıram. Azərbaycan bizim Vətənimizdir və biz hər bir zaman təmsilçimizi dəstəkləməliyik”.

Eldar Qasımov "Eurovision 2011"dən sonra ilk yeni mahnısını məhz Milli Seçimlərin sonuncu günündə tamaşaçılara təqdim edib. Sevgidən bəhs edən mahnı “Birlikdə nəhayət” adlanır. Mahnının bəstəkarı Aleksandr Kalanşikov, sözləri Zəhra Bədəlbəyli və Toniyə məxsusdur. Eldar Qasımovun yeni mahnısı Azərbaycan dilindədir.

Qeyd edək ki, artıq Milli Seçimlərin növbəti mərhələsi-yarımfinalın 8 iştirakçısı məlumdur. Bunlar Orxan Kərimli, Məryəm Sadıqova, Xəyyam Mustafazadə, Fəqan Səfərov, Elton İbrahimov, Adil Baxışlı, Səbinə Babayeva və Arzu İsmayılovadır. Qeyd olunan ifaçılar Milli Seçimlərin final mərhələsi uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, Milli Seçimlərin canlı efir həftəsinə ötən ilin noyabrın 28-də start verilib. Seçimlərdə səkkiz həftə ərzində 72 iştirakçı növbəti mərhələyə çıxmaq uğrunda mübarizə aparıb.

Bu haber 255 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Medeniyyet

Sebine Babyeva`nın kazanma şansı yüksek

Sebine Babyeva`nın kazanma şansı yüksek Eurovision 2012 Azerbaycan temsilcisi Sebine Babyeva Baku Crystal Hall`da ikinci provasından sonra basın toplantısı...

Heydər Əliyev Fondunun təşəbbüsü ilə <Qız Qalası> Üçüncü Beynəlxalq İncəsənət Festivalı keçirilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə <Qız Qalası> Üçüncü Beynəlxalq İncəsənət Festivalı keçirilib Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 17-19-da Müasir İncəsənət...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim