![]() | ||||||||||
| ||||||||||
| ||||||||||
HABER ARAEN ÇOK OKUNANLAR |
Taha Akyola bir neçə sual-Və ya Anadolunun reklam siyasəti
Bu mekaleyi, Türkiye-Azerbaycan arasındaki dostluk ilişkilerinin daha sağlam temellere dayanmasın gerektiği için yayınlıyoruz. Dünyada iki ixtisas var ki, onunla hər kəs məşğul ola, hətta tanına bilər, lakin uğur qazana bilməz. Olduqca çətin peşədi bu jurnalistika ilə politologiya. Birincidə az da olsa hər sahədə biliyinin olması vacib şərtdisə, ikincidə bunların üstünə bir də hiyləgərliyi, ani düşünməyi və qərar verməyi, bacarmalısan. Ən əsası isə öz beyninlə düşünüb, ağlınla qərar verib, ağzınla danışıb, əlinlə yazmalısan. Bu iki ixtisası yaxın edən bir məqam da ondan ibarətdir ki, siyasətdən yazan jurnalist biləks siyasətin içində olur, əksər hallarda isə siyasətçilərə düzgün yol göstərir. Ancaq jurnalist özgənin beyni ilə düşünüb, ağlı ilə qərar verib, ağzı ilə danışıb, əli ilə yazırsa, bu faciənin episentridir. Son zamanlar qardaş Türkiyədə başqasının dili ilə danışan, əli ilə yazan jurnalistlərin peydah olması narahatçılıq doğurmaya bilməz. Təbii ki, nə qədər də AKP iqtidarının son illərdə yürütdüyü siyasətdən 1937-ci ildə Azərbaycan SSRİ-sində yaşananların qoxusu gəlsə də, onlarla jurnalist həbsdə olsa da Türkiyədə demokratiyanın, söz azadlığının var olmağı şəxsən məni sevindirir. Ən azından ona görə ki, bəzi mövzularda bilgisiz olan, siyasi savadı olmayan, ya da kiminsə dili ilə yazan jurnalistlər nə isə yaza bilirlər. Məsələn, özünü əslən azərbaycanlı və araşdırmaçı jurnalist olduğunu təqdim edən Cahid Kılıç Azərbaycan barəsində heç bir bilgisi olmadan fikir yürüdür. Yəqin yaşlı olması ilə əlaqədardır ki, bəzən tənqidlə təhqiri də qarışdırır. Fransa Parlamentinin və Senatının qəbul etdiyi məlum qanun layihəsindən sonra isə "Yeni Şəfəq" və "Hürriyət" qəzetlərində Azərbaycan Prezidenti Cənab İlham Əliyevi (Əslində isə Azərbaycan dövlətini və millətini) tənqid edən silsilə məqalələr dərc olunur. "Yeni Şəfəq"də yazılanlarla bağlı yazdığımdan (Həmin yazını buraya kilikləyərək oxuya bilərsiniz) "Hürriyət" qəzetinin peşəkarlığına şübhə etmədiyim köşə yazarı Cənab Taha Akyola bir neçə sual ünvanlamağı özümə vətəndaşlıq borcu sayıram. Cənab Akyol məqaləsində bildirir ki, Azərbaycanın rəsmi dairələri Fransaya etiraz etsələr də Prezident İlham Əliyev susur. Həmçinin Azərbaycanı "düşük profilli reaksiya" siyasət yürütməkdə suçlayır və "Yüksək profilli reaksiya" verməyə çağırır. Ancaq... Cənab Taha Akyol, "Yüksək profilli siyasət" cənab Ərdoğan kimi pafoslu açıqlamalar verməyəmi deyirsiniz? Sizcə bu uğurlu siyasətdirmi? Türkiyə nə zaman gerçək səmimiyyətlə Azərbaycanın yanında oldu? "Yüksək profilli reaksiya" dediyiniz zaman edilənlərin başa qaxılmasınımı nəzərdə tutursunuz? I Qarabağ savaşında Türkiyə ölüm təhlükəsi ilə üzləşən azərbaycanlıları işğal ərazisindən çıxarmaq üçün nə niyə mülki helikopter vermədi, ancaq Ermənistana tonlarla buğda, ərzaq yardımı göstərdi? Nə üçün Prezident Abdullah Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan Azərbaycana sərhədlər açılmayacaq sözü verdiyi halda o zamankı xarici işlər naziri Əli Babacan Sürixdə açılım protokolu imzaladı? Budurmu "Yüksək profilli reaksiya"? Niyə qondarma erməni soyqırımını AKP iqtidarına qədər kütləvi tanıyan olmamışdı, ancaq indi ona tanımayana cəza nəzərdə tutan qanun qəbul edilir? Nədən AKP-nin istəyinə uyğun olaraq Azərbaycan İsraillə münasibətlərini kəsmədiyi üçün BMT Təhlükəsizlik Şurasının iclasına qatılan Ərdoğan Obama ilə, Davudoğlu isə xanım Klintonla görüşlərində hər şeyi müzakirə etsələr də 20 ildə ilk dəfə Dağlıq Qarabağ problemini müzakirə etmədi? Nədən Türkiyə rəsmiləri Türkiyənin Azərbaycana köməyindən danışanda I Qarabağ savaşından deyil, Nuru Paşanın xidmətlərindən misal gətirirlər? Niyə Çanaqqalada şəhid olan azərbaycanlılardan, qızıllarını sataraq istiqlal savaşı aparan Türkiyəyə göndərən Azərbaycan xalqından danışmırlar? Yaxud İsmət İnönünün qardaş bilib Türkiyəyə sığınan 407 Azərbaycan millətçisinin güllələnəcəyini bilə-bilə Sovet Azərbaycanına qaytarmasından danışmırlar? Türkiyə-Ermənistan futbol oyunu zamanı Azərbaycan bayrağı niyə stadiona buraxılmadı? Niyə AKP buna qadağa qoydu? Niyə Türk məmuru - Türk polisi Azərbaycan bayrağını çöpə atdı? Səncə bu qardaşlıqdırmı? Niyə Meksika Parlamenti Xocalı soyqırımını tanıdığı halda Türkiyə Böyük Millət Məclisini bunu etmir? Türkiyə ilə Ermənistanın əlaqələri yoxdursa, iki ölkə arasında ticarət əlaqəsi necə 3 milyard dollar olub? Səncə Türkiyə iqtidarları, xüsusi ilə AKP Azərbaycana qarşı hər zaman səmimi olub? Və ən nəhayət, Cənab Taha Akyol, sən kimin beyni ilə düşünür, ağlı ilə qərar verir, ağzı ilə danışır, əli ilə yazırsan? Bu suallarıma səmimi cavab verərsənsə məmnun olaram. Oxucu.info Məhərrəm AĞALAROĞLU http://oxucu.info/?m=xeber&id=1791 Bu haber 267 defa okunmuştur.
|
|
||||||||
|
Can Azerbaycan Televizyonu Tasarım ve Hosting: Frekans Bilişim |
||||||||||