CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Azərbaycanlılar Fransanın Torontodakı Baş Konsulluğu qarşısında etiraz aksiyası keçiriblər

Azərbaycanlılar Fransanın Torontodakı Baş Konsulluğu qarşısında etiraz aksiyası keçiriblər

Tarih 29 Ocak 2012, 12:39 Editör Anar Memmedli

Yanvarın 27-də Kanadada yaşayan azərbaycanlılar Fransanın Toronto şəhərindəki Baş Konsulluğunun binası qarşısında etiraz aksiyası keçiriblər.

Bakı. Könül Cəfərli – APA. Yanvarın 27-də Kanadada yaşayan azərbaycanlılar Fransanın Toronto şəhərindəki Baş Konsulluğunun binası qarşısında etiraz aksiyası keçiriblər. Bu barədə APA-ya hazırda Torontoda yaşayan soydaşımız Hüseyn Türkel məlumat verib.

Onun sözlərinə görə, azərbaycanlılar Fransa Senatının uydurma «erməni soyqırımı»nı inkar edənlərin 1 il müddətinə azadlıqdan məhrum edilməsi və 45 min avro miqdarında cərimələnməsini nəzərdə tutan qanun qəbul etməsinə etirazlarını bildiriblər: «Aksiyada azərbaycanlılarla yanaşı Kanadada yaşayan digər türklər də iştirak ediblər. Üç saat davam edən aksiyada Torontonun mərkəzində Yonge-Bloor dörd yolu boyunca yürüş keçirilib və Fransa əleyhinə şüarlar səsləndirilib. Soydaşlarımız əllərində Azərbaycan, Türkiyə və Kanada bayraqları ilə «Sarkoziyə ar olsun!», «Fransada senzuraya son qoyulsun!», «Həqiqəti öldürməyin!», «Tarixi tarixçilərə buraxın!», «Fransada demokratiya və söz azadlığı qorunsun!» və s. şüarlar səsləndiriblər və eyni məzmunlu plakatlar nümayiş etdiriblər. Aksiya bəyanatın oxunması ilə başa çatıb».

H.Türkel əlavə edib ki, erməni diasporunun bir neçə fəalı aksiyanı pozmağa cəhd göstərib və piket iştirakçılarını təxribata çəkməyə çalışıb. Nəticədə, aqressivliyi ilə seçilən və nümayişçilərə təhqirlər yağdıran bir erməni Kanada polisinin müdaxiləsi ilə hadisə yerindən uzaqlaşdırılıb.
 
http://az.apa.az/xeber_Azerbaycanlilar_Fransanin_Torontodaki_Bash__249383.html

Bu haber 307 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Azerbaycan Diasporasından Xeberler

Dünya azərbaycanlıları İranın antiazərbaycan siyasətinə qarşı kütləvi aksiyalar keçirəcəklər

Dünya azərbaycanlıları İranın antiazərbaycan siyasətinə qarşı kütləvi aksiyalar keçirəcəklər Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar İranın Azərbaycan Respublikasın...

Avropada, İran səfirlikləri qarşısında etiraz aksiyaları keçiriləcək

Avropada, İran səfirlikləri qarşısında etiraz aksiyaları keçiriləcək Aksiyalar zamanı Tehranın anti-Azərbaycan siyasətinə etiraz olunacaq.

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim