CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

Davudoğlu: Fransanın Minsk qrupunda vasitəçiliyi mümkün deyil

Davudoğlu: Fransanın Minsk qrupunda vasitəçiliyi mümkün deyil

Tarih 29 Ocak 2012, 00:17 Editör Günay Eltürk

Türkiyə xarici işlər naziri Fransanın qurumdakı rolunun nəzərdən keçirilməli olduğunu deyib

Türkiyə Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT-in Minsk qrupunun çıxarılmasının tərəfdarıdır. Bunu Türkiyənin xarici işlər naziri Əhməd davudoğlu CNN Türk televiziyasında dəvət olunduğu "Eğrisi Doğrusu" verilişində bildirib. O, verilişdə həmçinin İraq və Suriya məsələsinə də toxunub.

Dağlıq Qarabağ məsələsindən danışan Ə. Davudoğlu deyib ki, Azərbaycanın işğal edilən torpaqları həm də türklərin torpaqlarıdır: “Biz bunu belə qəbul edirik. Mən azərbaycanlıların Fransa Senatının qərarına ortaq məsələ olaraq qəbul etdiklərinə əminəm”.

Qarabağ münaqişəsinin həlli ilə əlaqədar 1992-ci ildə yaradılan və Türkiyənin də üzv olduğu Minsk qrupunun ABŞ, Rusiya və Fransa olmaqla 3 həmsədr ölkə olduğunu qeyd edən Ə. Davudoğlu Fransanın vasitəçilik rolunu nəzərdən keçirmək lazım olduğunu vurğulayıb.

Minsk qrupunun həmsədr ölkələrinin prosesdə aktiv iştirak etmədiklərini deyən Davudoğlu Rusiyanın məlum coğrafi yaxınlığı olduğunu anladığını və ABŞ 1990-cı ildən mühüm super güc olduğunu xatırladıb: “Amma Fransanın burada hansı rol oynadığını artıq öyrənməliyik”.

Davudoğlu daha sonra Azərbaycan-Ermənistan münasibətlərinə toxunub: “Azərbaycan-Ermənistan münaqişəsindən bu və ya digər şəkildə təsirlənən iki millət varsa, biri ruslar, digəri isə türklərdir. Fransa prezidenti Nikola Sarkozi iki gün Ermənistanda, bir neçə saat Azərbaycanda qaldı. Çox açıq bir şəkildə tərəf tutduğunu nümayiş etdirdi.Türk torpaqlarına geri dönüb Ağrı dağını göstərəcək, sonra da həmsədr ölkə olaraq vasitəçi rolunu oynayacaq. Mən bu sahədə çalışmış bir şəxs olaraq söyləyirəm, Fransanın belə bir missiyanı yerinə yetirməsi mümkün deyil”

Bu haber 250 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Türkiye Xeberleri

İran`ın Ankara Büyükelçiliği Önünde Protesto Gösterisi

İran`ın Ankara Büyükelçiliği Önünde Protesto Gösterisi Güney Azerbaycan Türkleri, İran'da kendilerine karşı uygulanan baskı ve tecrit politikalarını protesto etmek am...

Kırım Türkleri İzmir'de Anıldı

Kırım Türkleri İzmir'de Anıldı Kırım Tatar Türkleri, sürgünün 68'nci yılında İzmir'de bir törenle anıldı.

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim