CanAZ Tv
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE İLETİŞİM CANLI YAYIN

HABER ARA


Gelişmiş Arama

EN ÇOK OKUNANLAR

İran Azərbaycana soyuq müharibə elan edib

İran Azərbaycana soyuq müharibə elan edib

Tarih 28 Ocak 2012, 16:45 Editör Günay Eltürk

Səftər Rəhimli: İran Azərbaycana soyuq müharibə elan edib

Son vaxtlar Iranın daxilində həm siyasi həm də iqtisadi gərginlik Tehran rejimini bölgə dövlətləriylə münasibətləri daha fərqli müstəvilərdə fəaliyyət göstərməyin zəruriliyini ortaya qoyur.
Bu sözləri Dünya Azərbaycanlıları Konqresi İdarə heyətinin üzvü və Azərbaycan nümayəndliyinin rəhbəri, politoloq Səftər Rəhimli bildirib.
”Rejimin dini liderlərindən olan Ruhullah Becani və İran ordusunun Baş Qərargah rəisi Həsən Firizabadinin Azərbaycana qarşı səsləndirdikləri təhdid xarakterli fikirlərlə yanaşı bəyanatlar və son olaraq Tehran rejimi tərəfindən Azərbaycanın dövlət orqanlarının saytlarının dağıdılması, artıq İranın Azərbaycana qarşı soyuq muharibə elan etməsini aydın bir şəkildə göstərməkdədir. Tehran rejimi bilir ki 200 illik bölünmədən, parçalanmadan cana doyan Azərbaycan xalqı daima birləşmək arzusuyla yaşayır və istəyirki özünün tarixi coğrafi ərazisində bütöv müstəqil dövlətinə sahib çıxsın. Ona görə də Tehran rejimi Azərbaycan dövlətinə qarşı hədələyici davranışlar etmək, Azərbaycanda “din” adı altında bəslədiyi quruplarını fəallaşdırmaqla yanaşı, Güney Azerbaycanda Güney Azərbaycan Milli Hərəkatının fəal üzvlərinə qarşı günü-gündən daha amansız işgəncələr verməkdə davam edir. Hesab edirik ki, İranda həm inflyasiyanın son həddə çatması insanlarIn sosial durumlarının acınacaqlı hala gəlməsi və rejimin ədalətsizliklərinə qarşı xarici və daxili təzyiqlər, Tehran rejiminin psixoloji gərginliyini bundan sonra daha da artıracaq. Günü- gündən ömrünün qısalmasını hiss edən və çıxış yolları arayan əlacsız Tehran rejiminin düşdüyü psixoloji durumda, bəzi qeyri-ciddi davranışlar etmək ehtimalları da yuksəlməkdədir. Ona görə də Azərbaycanda iqtidar və müxalifət başda olmaqla cəmiyyətimizin bütün təbəqələri Tehran rejiminin sərgilədiyi özbaşınalıqlara qarşı zamanında birikdə adekvat tədbirlər görməlidir”,- deyə politoloq qeyd edib.

Elnur Eltürk

Bu haber 367 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit

Müsahibe

İrana heç bir hərbi müdaxilə olmasa belə...

İrana heç bir hərbi müdaxilə olmasa belə... Ilham İsmayılov: "Azərbaycan türklərinin milli mücadiləsi mövcud rejimin sonunu gətirəc...

İlhan Aşkın: <Azərbaycana münasibətimiz şəxslərə görə deyil>

İlhan Aşkın: <Azərbaycana münasibətimiz şəxslərə görə deyil> Hollandiya Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin rəhbəri, bu ölkənin D...

Canlı TV'ler

 AZ TV
 GÜNAZ TV
 İCTİMAİ TV
Hepimiz ermeniyiz deyilərkən nədən narahat olmadınız?01 Mart 2012

Can Azerbaycan Televizyonu
RSS Kaynağı | Yazar Girişi | Yazarlık Başvurusu

Tasarım ve Hosting: Frekans Bilişim